Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-966/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X5, R.Rza küçəsi, ev 45 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Quba rayon məhkəməsinin 2(027)-336/2011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 yekinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Şəxs 50 (əlli) manat aliment tutularaq Zərərçəkmiş şəxs Nəcmulla qızına verilməsi qərara alınmışdır. Sözügedən icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və borclu şöbəyə dəvət olunaraq, hüquq və vəzifələri izah olunmuş, icra vərəqəsinin icrasının məcburiliyi barədə xəbərdarlıq edilmişdir. Tələbkar xx.xx.2024-cü il icra şöbəsinə müraciət edərək, borcludan aliment pulunun ödənilməsini tələb etməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qərara əsasən borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Qeyd olunan icra sənədi üzrə aliment borcu hazırda 4825 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, tələbkara olan borcunu ödəməkdən imtina etmir, lakin uzun müddət işləmədiyi üçün tələbkara olan borcundan ödənişlər edə bilməmişdir. O, övladlarının yetkinlik yaşına çatanadək aliment ödəməməsini maddi vəziyyəti ilə əlaqələndirimişdir. Hazırki vaxtda da övladları artıq yetkinlik yaşına çatdığından özlərini saxlamaq iqtidarındadır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Quba rayon məhkəməsinin 2(027)-336/2011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.1999-cu il tarixdə anadan olmuş X2 yekinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Şəxs 50 (əlli) manat aliment tutularaq Zərərçəkmiş şəxs Nəcmulla qızına verilməsi qərara alınmışdır xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Zərərçəkmiş şəxs Nəcmulla qızının xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlamış olduğu ərizədən görünür ki, tələbkar Şəxs aliment borcunun ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.1974-cü il təvəllüdlü Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Xırdalan şəhəri, X5, R.Rza küçəsi, 45 ünvanında qeydiyyatda olan Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati xətanın törədilməsi zamanı məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini tam icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Beləliklə məhkəmə borclu tərəfindən icra sənədi üzrə yaranmış borcundan uzun müddət ərzində heç bir ödəniş etməməsini və icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, çağırışlara gəlmədiyi üçün barəsində axtarış verildiyini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-966/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-966/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver