Məhkəmə qərarları › İş №3(012)-968/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-968/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-968/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin Mehdiabad PB-nin sahə rəisi, polis mayoru X2, müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Ağacanlı kəndində qeydiyyatda olan və Mediabad qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə Abşeron rayon Polis İdarəsinin İTŞ-nin Mehdiabad PB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs barəsində MN ******* saylı xx.xx.2023-cü il tarixdə İXMnin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə X1 mərhum atasının dəfn edildiyi Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbrinin ətrafında olan dəmir qapını oğurlamaqla 50 manat dəyərində maddi ziyan vurmuşdur. 03 may 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il Zərərçəkmiş şəxs Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda valideynlərinə məxsus qəbirlərin ətrafından 6 ədəd dəmir borunu oğurlamaqla 80 manat dəyərində maddi ziyan vurmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Bəkirov Elnur tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin Mehdiabad PB-nin sahə rəisi polis mayoru X3 protokolları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, oğurladığı əşyanı satmışdır, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli 04 iyun 2023-cü il tarixdən saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar