Məhkəmə qərarları › İş №3(012)-968/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-968/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-968/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün “ötürülmüş müddətin bərpası” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının və protokolunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə olumağı barədə EQ3552123 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Həmin qərarın ləğv edilməsi ilə bağlı 2020-ci il tarixdə DİN Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada ərizə ilə müracət etmişdir. DİN Baş Dövlət Yol Polis İdarəsindən ona bildirdilər ki, bununla bağlı sizin istifadənizdə olan mobil nömrənizə mesaj gələcəkdir. Onun istifadədəsində olan mobil nömrəyə mesaj gəlmişdir. Həmin mesajda qeyd olunmuşdur ki, “tezliklə sizin adınıza olan cərimələr silinəcəkdir”. Lakin 2024-cü ilədək qanunsuz və əsassız olaraq onun adına yazılan cərimələr silinməmişdir. Bununla bağlı yenidən o, DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq ona bildirdilər ki, “FİAT ALBEA” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün sizdən başqa bir neçə nəfərə etibarnamə verilmişdir. Həmin etibarnamə verilmiş şəxslərin ünvanları dəqiq göstərilmədiyindən bütün cərimələr sizin adınıza göndərilmişdir. Həmin cərimələrin silinməsi üçün məhkəməyə müraciət etmək hüququnuz vardır və ona heç bir qərar verilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən onun tərəfindən prosesssual müddət ötürülmüşdür. Odur ki, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması və onun şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 ərizəni müdafiə edərək ərizədə qeyd edilən halların üzrlü hesab edilməsini və qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması və onun şikayətinə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi vəsatətini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.Qeyd edilən qərardan vaxtında məlumatlandırılmış, şikayət verən qərarın ləğvi ilə bağlı BDYPİ-ə müraciət etmişdir.Ərizəsində göstərdiyi kimi nəqliyyat vasitəsi etibarnamə ilə müxtəlif şəxslərin istifadəsinə verilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun. Ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar