Məhkəmə qərarları › İş №3(012)-97/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-97/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-97/2024 09.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Abşeron rayon Prokurorluğunun müstəntiqi Faiq Sultanovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) - ünvan: Abşeron rayonu, Güzdək qəsəbəsi – "xxxx" MMC-nin vəzifəli şəxsi - müəssisədə sex rəisi vəzifəsində işləmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş Hüquqi şəxs "xxxx" MMC-nin (Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – müəssisədə sex rəisi vəzifəsində işləmiş Şəxs (FİN: xxxxxxx)tərəfindən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6 bəndlərinin, “Metalların qaz alov üsulu ilə işlənməsi. 12.3.036-84 DÜST”-nin 7.1 bəndinin və "xxxx"-nin 2.9.1 bəndinin tələbləri pozularaq zavodda odlu işlərin aparılmasına yanğın təhlükəsizliyi tələblərini bilən və müvafiq qaydada sınaq yoxlamalarından keçməmiş işçilər cəlb olunduğuna və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli istehsal amillərinin təsirindən işçilərin qorunması təmin edilmədiyinə görə, 17 may 2023-cü il tarixdə odadavamlı kərpici düzən fəhlə vəzifəsində işləmiş X2 iş vaxtı yüksək hərarətin (alovun) yerli təsirindən əmələ gələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “bel və oma büzdüm nahiyəsinin İİ-İİİ dərəcəli termiki yanıq yarası” xəsarətini almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Buna görə də Abşeron rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci-ci maddəsi ilə inzibati xəta haqqında haqqında icraat başlanılmış, baxılması üçün Abşeron Rayon Məhkəməyə göndərilmişdir. Abşeron rayon Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) - ünvan: Abşeron rayonu, Güzdək qəsəbəsi – "xxxx" MMCninvəzifəli şəxsi - müəssisədə sex rəisi vəzifəsində işləmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə iclasında Abşeron rayon Prokurorluğunun müstəntiqi Faiq Sultanov izahatında törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında materialda qeyd olunanlarla razıdır, əməlindən peşmandır yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqi şəxs "xxxx" MMC-nin (Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, VÖEN: **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – müəssisədə sex rəisi vəzifəsində işləmiş Şəxs (FİN: xxxxxxx)tərəfindən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6 bəndlərinin, “Metalların qaz alov üsulu ilə işlənməsi. 12.3.036-84 DÜST”-nin 7.1 bəndinin və "xxxx"-nin 2.9.1 bəndinin tələbləri pozularaq zavodda odlu işlərin aparılmasına yanğın təhlükəsizliyi tələblərini bilən və müvafiq qaydada sınaq yoxlamalarından keçməmiş işçilər cəlb olunduğuna və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli istehsal amillərinin təsirindən işçilərin qorunması təmin edilmədiyinə görə, 17 may 2023-cü il tarixdə odadavamlı kərpici düzən fəhlə vəzifəsində işləmiş X2 iş vaxtı yüksək hərarətin (alovun) yerli təsirindən əmələ gələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid “bel və oma büzdüm nahiyəsinin İİ-İİİ dərəcəli termiki yanıq yarası” xəsarətini almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Qeyd olunanlar hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1914 nömrəli rəyi, "xxxx" MMC-nin “Təhlükəsizlik texnikası üzrə öyrətmə və təlimatlandırma kartoçkası”, “İş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasından təlimat jurnalı”, “Texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalı”, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7316 nömrəli rəyi, izahatları, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla öz təsdiqini tapmışdır. X2 göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus kərpic zavodunda odadavamlı kərpici düzən fəhlə vəzifəsində işləmiş, 17 may 2023-cü il tarixdə saat 15 radələrində sexin operatoru Ruslan Hümbətov sexə təzə gələn kərpic qəlibi hazırlayan zaman qaz balonu ilə işlək vəziyyətdə, yəni yanan vəziyyətdə həmin qəlibləri qızdırmaqla onu düzgün və lazımi formaya salmağa ona kömək etmişdir. Ruslan masanın bir tərəfində, o, isə qızdırıcı ilə qarşı tərəfdə olmuş, həmin vaxt əlindəki qızdırıcı ilə qəlibi isitdikdən sonra Ruslan ondan yanında yerdə olan çəkici verməsini istəmiş, o, da əlindəki qızdırıcını həmin masaya söykəyib çəkici götürməyə əyilmişdir. Həmin vaxt ayağı qızdırıcının şlanqına ilişmiş və yanan qızdırıcı əvvəlcə Ruslanın sol əlinin dirsək nahiyədən yandırmış, daha sonra onun yerdə olan vaxt bel nahiyəsinə tərəf düşmüşdür. X5 göstərmişdir ki, 2007-ci ildən hal-hazıradək Abşeron rayonu, Aşaği Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus kərpic zavodunda operator vəzifəsində işləyir, vəzifəsi kərpic zavodunda olan birinci kərpic istehsalı sexində avadanlıqların işlək vəziyyətdə saxlanılmasına, təmirinə və xidmətinə nəzarət etməkdən ibarətdir.X2 2023-cü ilin fevral ayından bizim şirkətdə fəhlə vəzifəsinə işə qəbul olunmuş, həmin gün o, sexə təzə gələn kərpic qəlibi hazırlayan zaman Cəsur Cəbrayılov ona qaz balonunu ilə işlək vəziyyətdə, yəni yanan vəziyyətdə həmin qəlibləri qızdırmaqla onu düzgün və lazımı formaya salmağa köməklik etmiş, sexdə iş masasının üstündə həmin qəlibləri qızdırıb düzgün ölçüyə gətirmiş, o, masanın bir tərəfində, Cəsur isə qızdırıcı ilə qarşı tərəfdə olmuşdur. Həmin vaxt Cəsur əlindəki qızdırıcı ilə qəlibi isitdikdən sonra ondan yanında yerdə olan çəkici verməsini istəmiş, o da əlindəki qızdırıcını həmin masaya söykəyib çəkici götürməyə əyilmiş, bu zaman onun ayağı qızdırıcının şlanqına ilişmiş və yanan qızdırıcı əvvəlcə onun sol əlini dirsək nahiyədən yandırıb daha sonra yerə yıxılmış Cəsurun bel nahiyəsinə tərəf düşmüşdür. X9göstərmişdir ki, Abşeron rayonu, Aşaği Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus kərpic zavodunda təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışır, vəzifəsi kərpic zavodunda işə qəbul olan, zavodda çalışan işçiləri mütəmadi olaraq təhlükəsizlik texnikası qaydaları ilə tanış etmək, təlimlər keçmək, bilik səviyyələrini yoxlamaq və aparılmış işlərə dair sənədləşməni aparmaqdan ibarətdir, onunla yanaşı işçilərin təlimatlandırılması sex rəisləri tərəfindən də həyata keçirilir. İş rejimi gecə saatları olduğu üçün hadisə baş verəndən sonra ona məlum olmuşdur ki, 17 may 2023-cü il tarixdə saat 15 radələrində operator Ruslan Hümbətov sexə təzə gələn kərpic qəlibi hazırlayan zaman fəhlə Cəsur Cəbrayılov ona köməklik etmiş, qaz balonu ilə işlək, yəni yanan vəziyyətdə həmin qəlibləri qızdırmaqla onu düzgün və lazımı formaya salan zaman Ruslan masanın bir tərəfində, Cəsur isə qızdırıcı ilə qarşı tərəfdə olmuş, həmin vaxt Cəsur əlindəki qızdırıcı ilə qəlibi isitdikdən sonra Ruslan ondan yanında yerdə olan çəkici verməsini istəmiş, o da əlindəki qızdırıcını həmin masaya söykəmiş, özü isə çəkici götürməyə əyilən zaman onun ayağı qızdırıcının şlanqına ilişmiş, yanan qızdırıcı əvvəlcə Ruslanın sol əlini dirsək nahiyədən yandırmış, daha sonra yerə yıxılmış Cəsurun bel nahiyəsinə tərəf düşmüş, həmin bədbəxt hadisə nəticəsində Ruslanın sol qolu azca, Cəsurun isə belinin aşağı hissəsi yanmışdır. İzahatı alınmış X4 göstərmişdir ki, 2005-ci ildən halhazıradək Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, MMCyə məxsus zavod əsasən kərpic, gil materialdan dam örtükləri və kərpicə bənzər divar üzüklərinin istehsalı ilə məşğul olur, zavod kərpic istehsalı və dam örtüyü istehsal xətti olan sexlərdən ibarətdir. Demək olar ki, hər gün tərəfindən hər bir işçinin təhlükəsiz texnikası qaydalarına riayət edilməsi sahəsində fərdi söhbətlər aparılmış, iş sahələrində bununla bağlı gücləndirilmiş müşahidə kameraları vasitəsi ilə nəzarət edilmişdir. 17 may 2023-cü il tarixdə işdə olmamış, sonradan ona məlum olmuşdur ki,həmin gün operator Ruslan Hümbətov sexə təzə gələn kərpic qəlibi hazırlayanda fəhlə Cəsur Cəbrayılov ona köməklik edib qaz balonu ilə işlək, yəni yanan vəziyyətdə həmin qəlibləri qızdırmaqla onu düzgün və lazımı formaya salan zaman Ruslan masanın bir tərəfində, Cəsur isə qızdırıcı ilə qarşı tərəfdə olmuş, həmin vaxt Cəsur əlindəki qızdırıcı ilə qəlibi isitdikdən sonra Ruslan ondan yanındakı yerdə olan çəkici verməsini istəmiş, o da əlindəki qızdırıcını həmin masaya söykəmiş, özü isə çəkici götürməyə əyilən zaman onun ayağı qızdırıcının şlanqına ilişmiş, yanan qızdırıcı əvvəlcə Ruslanın sol əlini dirsək nahiyədən yandırmış, daha sonra yerə yıxılmış Cəsurun bel nahiyəsinə tərəf düşmüş, Ruslanın sol qolu azca, Cəsurun isə belinin aşağı hissəsi yanmışdır. Hadisə baş vermiş birinci kərpic istehsalı sexində sex rəisi Şəxs sexdə baş verən bütün proseslərə cavabdeh olmuş, lakin o, 23 noyabr 2023-cü il tarixdə öz istəyi ilə vəzifəsindən azad edilmişdir. İzahatı alınmış Şəxs göstərmişdir ki, 2015-ci ildən 23 noyabr 2023-cü il tarixədək Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus kərpic zavodunda işləmiş, son beş il sex rəisi vəzifəsində çalışmış, vəzifəsi kərpic zavodunda olan hər iki sexdə çalışan işçilərə nəzarət etməkdən, işin düzgün və vaxtında icra olunmasına, sexdə görünən işlərin keyfiyyətinə və işin təhlükəsiz şəraitdə aparılmasından ibarət olmuşdur. 17 may 2023-cü il tarixdə işdə olmamış, sonradan bildiyinə görə həmin gün saat 15 radələrində həmin gün operator Ruslan Hümbətov sexə təzə gələn kərpic qəlibi hazırlayanda fəhlə Cəsur Cəbrayılov ona köməklik edib qaz balonu ilə işlək, yəni yanan vəziyyətdə həmin qəlibləri qızdırmaqla onu düzgün və lazımı formaya salan zaman Ruslan masanın bir tərəfində, Cəsur isə qızdırıcı ilə qarşı tərəfdə olmuş, həmin vaxt Cəsur əlindəki qızdırıcı ilə qəlibi isitdikdən sonra Ruslan ondan yanında yerdə olan çəkici verməsini istəmiş, o da əlindəki qızdırıcını həmin masaya söykəmiş, özü isə çəkici götürməyə əyilən zaman onun ayağı qızdırıcının şlanqına ilişmiş, yanan qızdırıcı əvvəlcə Ruslanın sol əlini dirsək nahiyədən yandırmış, daha sonra yerə yıxılmış Cəsurun bel nahiyəsinə tərəf düşmüş, hadisə nəticəsində Ruslanın sol qolu azca, Cəsurun isə belinin aşağı hissəsi yanmışdır. Hadisə baş verən gün işdə olmadığına və işçiləri nəzarətsiz buraxdığına görə belə bir hadisə baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 1914 saylı rəyinə əsasən, X1 bədəni üzərində aşkar edilmiş “bel və oma büzdüm nahiyəsinin İİ-İİİ dərəcəli termiki yanıq yarası” xəsarəti yüksək hərarətin (alovun) yerli təsiri nəticəsində onun X10 daxil olduğu və qərarda göstərilən 17 may 2023-cü il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun öz boyu hündürlüyündən yıxılaraq yanan qazla işləyən aparatın alovunun təsirindən əmələ gəlməsi inkar edilmir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 04 dekabr 2023-cü il tarixli 3-16- 16/2-10/7316 saylı rəyinə əsasən, baş vermiş hadisə ilə əlaqədar “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6 bəndlərinin, “Metalların qaz alov üsulu ilə işlənməsi. 12.3.036-84 DÜST”-nin 7.1 bəndinin və "xxxx"-nin 2.9.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki nəticəsi olmuşdur. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-nə məxsus kərpic istehsalı zavodunda odlu işlərin aparılmasına yanğın təhlükəsizliyi tələblərini bilən və müvafiq qaydada sınaq yoxlamalarından keçməmiş işçilər cəlb olunduğuna və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli istehsal amillərinin təsirindən işçilərin qorunması təmin edilmədiyinə görə, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6 bəndlərinin, “Metalların qaz alov üsulu ilə işlənməsi. 12.3.036-84 DÜST”-nin 7.1 bəndinin və "xxxx"-nin 2.9.1 bəndinin tələbləri MMC-nin sex rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmiş şəxs X1 özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 198.2-ci-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətsə də, onun inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarını əsas götürərək Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq, onun barəsində İXM-nin 198.2-ci-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 198.2-ci-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,– 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar