Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-971/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi – atası X2 və müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Bədir oğlunun iştirakları ilə, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zəngilan rayonu, Şayıflı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 17 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış nəticədə üst dodağının selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənən, əl zərbəsi təsirindən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Abşeron Rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində həyətdə gəzərkən qarşısına Şəxs çıxmış, aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində qonşusu tərəfindən döyülməsi, dişinin qırılması barədə qırılması barədə bildirmişdir. Toplanmış material üzrə cinayətin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Zəngilan RPŞ-nin X1 göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Bədir oğlu hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkənlərlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 xx.xx.2025-ci il tarixli 568 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı əl zərbəsi təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etməsi faktı əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Bundan sonra Şəxs barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döymüşdür. Onun əməli İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslərlə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, iş üzrə icraata zərərçəkmiş şəxslərlə barışması əsası ilə iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Bədir oğluna müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-971/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-971/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver