Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-972/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol müdafiə edən: Zəngilan rayonu, Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Beyləqan rayonu, SMD-42 qəsəbəsi qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis Şöbəsindan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Zəngilan rayonu, Yol Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X2 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü ildə, saat 21:20 radələrində yol hərəkət qaydalarını pozduğu üçün saxlanılarkən “X8” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Ona görə də, barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilməyərək, bildirmişdir ki, qeyd olunan vaxtda spirtli içki içməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılandan sonra özü könüllü şəkildə gedib müayinədən keçmişdir. Daha sonra gecə radələrində həmin sənədi götürüb polis şöbəsinə getsə də onu gözlətmişlər və sənədi qəbul etməmişlər. Alkotestr nəticəsinin arxasındakı qeydi təsir altında yazdığını bildirmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 polis əməkdaşları tərəfindən müdafiə etdiyi şəxsə zor tətbiq olunduğunu və onun alkotestr nümunəsindən sonra “Respublika Narkoloji Mərkəzi” X7 aldığı müayinəyə əsasən spirtli içki təsiri altında olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 dekabr 2024-cü il tarixli polis əməkdaşı tərəfindən alkotestr vasitəsi ilə keçirilmiş müayinə qəbzindən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21:12-də xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,3872 litr miqdarında alkoqol aşkar edilmiş, protokolun izahat hissəsində sonuncu “go içmişəm” sözlərini qeyd edərək imza çəkmişdir. 27 dekabr 202... tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki,Şəxs müayinəsi saat 02:00-a təsadüf edir. Sərxoşluq əlamətləri yoxdur. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini Şəxs tərəfindən sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə olunduğundan o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs tərəfindən törədilməsi ehtimal edilən İXM-in 329.3-cü maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddələr üzrə məhkəmə araşdırılması aparılmamalı, həmin maddələr üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal vətən müharibəsi iştirakçısı olmasıdır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqdan idarə etmiş, habelə alkotestr vasitəsilə müayinə olunan zaman nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Məhkəmə sonuncunun məhkəmə iclasında özünü təqsirli bilməməsinə və polis əməkdaşlarınınn təzyiqi nəticəsində alkotestrin arxasına yazdığı sözləri yazması ilə bağlı izahatına tənqidi yanaşaraq izahatında göstərdiyi xüsusatları əsassız və məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi izahat kimi qiymətləndirir. Belə ki, alkotestr müayinəsi zamanı sonununcunun alkoqol sərxoşluğu ilə avtomobili idarə etməsi onun öz sözləri və imzaları ilə təsdiqlənmişdir. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması faktı ilə bağlı isə indiyədək heç bir səlahiyyətli orqana müraciət edilməmişdir. Bundan başqa Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş rəyə münasibətdə məhkəmə orqanizmin fərd xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının ilkin yoxlanmasından təxminən 4 saat sonra öz təşəbbüsü ilə keçdiyi müayinəyə münasibətdə qeyd olunan alkoqolun onun orqanizmdən təmizlənə bilməsini ehtimal edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edərkən inzibati xətanın xarakterini, xəta törədən şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası tətbiq edilməklə islah etməyin mümkün olduğunu nəzərə alaraq, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan xətalara isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddələr üzrə araşdırmanın aparılması Zəngilan Rayon Polis Şöbəsinə həvalə olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Zəngilan Rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-972/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-972/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver