Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-976/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib olunmuş TP5636054 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib olunmuş TP5636054 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş TP5636054 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Belə ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş TP5636054 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin məzmununda qərarın ona təqdim edilmədiyini bildirsə də, şikayət ərizəsinə sözügedən qərarı əlavə etmişdir.Həmin qərarın şikayət verənə nə vaxt təqdim edilməsi barədə işdə hər hansı sübut yoxdur.Şikayət ərizəsi 06 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Halbuki inzibati xəta barədə qərardan 10 gün müddətində şikayət verilməsi qanunda nəzərdə tutulmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş TP5636054 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-976/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-976/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver