Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-976/2024 31.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və şikayəti xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Müddətin bərpa edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə olunmasına dair EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. 2020-ci il tarixdə həmin qərarın ləğv edilməsi ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada müraciət etmiş və orada ona bildirilmişdir ki, bu məsələ ilə bağlı onun istifadəsində olan mobil nömrəyə mesaj gələcəkdir. Həmin mesajda “tezliklə sizin adınıza olan cərimələr silinəcəkdir” qeyd edilsə də, hazırkı vaxtadək silinməmişdir. Qanunsuz və əsassız olaraq onun adına yazılan cərimələr silinmədiyindən 2024-cü il tarixdə yenidən Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmiş, müraciəti ilə əlaqədar ona bildirilmişdir ki, “Fiat Albea” minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün ondan başqa bir neçə nəfərə etibarnamə verilmiş və həmin etibarnamə verilmiş şəxslərin ünvanları dəqiq göstərilmədiyindən bütün cərimələr onun adına göndərilmişdir. Həmçinin ona cərimələrin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yuxarıda qeyd etdiyi səbəblərə görə tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Ona görə də, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxsə və protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər və ya işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müddətin bərpasına dair vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, müddətin bərpasına dair vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 “Fiat Albea” minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixində saat 11:33-də Bakı-Şamaxı yolu 19.4 km AZ.MDF qarşısı Bakı istiqamətində hərəkətdə olan zaman “yolda müəyyən edilmiş hərəkət surətini 21 km/saat həddində aşdığından” Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polis İdarəsinin EQ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını rəsmi qaydada aldığı müddətdən qanunvericilikdə müəyyən edilmiş 10 gün müddət ərzində şikayət vermək hüququna malik olduğu halda həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra şikayət vermiş və prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. X1 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillərin isə əsası yoxdur, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir. Ona görə də, müddətin bərpasına dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Bununla yanaşı, prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı halda, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilmədiyindən şikayətdə mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Ərizə və ona əlavə olunan sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-976/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-976/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver