Məhkəmə qərarları › İş №3(012)-976/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-976/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-976/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası Ekologiya və tərtib edən orqanın nümayəndəsi: Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Barəsində inzibatii qaydada Şəxs Məhdud Məsuliyyətli icraat aparılan hüquqi şəxsin Cəmiyyətininnünamyəndəsi nümayəndəsi: X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239 cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 10 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 10 aprel 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Şəxsnə məxsus istehsala sahəsində ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesablarını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi İlkin Telmanlı inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-yə tərəflərindən müvafiq məktub göndərilmiş, məktubda təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparılmamasına görə müvafiq məsuliyyət tədbirləri barədə müəssisəyə xəbərdarlıq edilmiş, lakin statistik hesabat bugünədək idarəyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi məhkəmə iclasında iştirak edərək, barələrində tərtib edilmiş protokolla etiraz edərək bildirmişdir ki, həmin inzibati xəta hadisəsi hüquqi şəxsə məxsus deyildir. Belə ki, hesabat vermək məcburiyyətində olan vəzifəli şəxsə aid olmalıdır. Həmçinin o bildirmişdir, ki hesabatların verilməli olması ilə bağlı bildirişlər onlara təqdim edilmiş, lakin şəxsi problemlərlə əlaqədar həmin hesabatları təqdim etmək mümkün olmamışdır. Həmçinin onlara vaxt verilərsə qısa vaxt ərzində hesabatların tam şəkildə hazır edilməsinin mümkün olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 aprel 2025-ci il tarixli, 89703 nömrəli “Akt”dan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Monitorinq İdarəsi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Şəxsnə məxsus Polietilen məhsulların satışı ilə məşğul olan Müəssisədə monitorinq keçirilmişdir;

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Şəxsnə məxsus Polietilen məhsulların satışı ilə məşğul olan Müəssisə tərəfindən ətraf mühütün müəssisə (istehsalat) monitorinqinin yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesablarını aparmamışdır.

Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. MMC-nin inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və sonuncu törətdiyi inzibati xətaya görə hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 239-cu maddəsinə əsasən traf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən 2024-cü ildə aylar üzrə təqdim edilməli olan ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması iş materialları və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarında aylar üzrə hesabatların verilməməsi ilə bağlı məlumatsız olmalarını və müvafiq hesabatları artıq təqdim etdiklərini əsas gətirərərək, MMC barəsində müvafiq tənbeh tətbiq edilməməsini xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla hesabatların verilməsi ilə bağlı müvafiq xəbərdalıq MMC-nin əməkdaşı tərəfindən qəbul edilmiş və bu hal mübahisələndirilmir. Digər tərəfdən normativ-hüquqi aktların tələblərini bilməmək əsas gətirilməklə hər hansı şəxs inzibati məsuliyyətdən azad edilə bilməz. Nəzərə almaq lazımdır ki, müvafiq hesabatların verilməsi qanunverilciyin tələblərindən irəli gəlir. Həmçinin 2024-cü ildə aylar üzrə hər ay verilməli olan hesabatların vaxtında deyil yalnız oktyabr ayında verilməsi aylıq hesabatların vaxtında verilməməsi kimi qiymətləndirilməlidir və həmin hesabların sonradan verilməsi artıq törədilmiş inzibati xətanı istisna edən və inzibati məsuliyyətdən azad edilmə üçün əsas deyil. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmasını və MMC tərəfindən bu tələbin yerinə yetirilməməsini və bunun qanuna əsasən inzibati məsuliyyət hesab edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar