Məhkəmə qərarları › İş №3(012)-977/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-977/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-977/2020 09.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, NuruyevaNüşabəƏləddinqızınınkatibliyiilə, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.RPİdə qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Şəxs barəsində Abşeron rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati materialda Şəxs xx.xx.2020-ci il tarixdə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərini pozmuş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta protokolunu tərtib etmiş şəxs Abşeron rayon polis idarəsinin sahə rəisi Rəhim Piriyev məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi qaydalarını və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərini pozmuş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən Manqalütü kafesində olan zaman polis əməkdaşları ora daxil olmuş, ondan icazənin olubolmamasını soruşduqda o, icazəsinin olduğunu, dostu Orxan ilə görüşmək üçün ora getdiyini bildirmiş və polis əməkdaşları onu Abşeron RPİ-yə dəvət edərək barəsində inzibati protokol tərtib etmişlər. Sonda o, özünü təqsirli bilərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyişəxs barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 211.2-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 211.2-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1 və 211.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh ətbiq edilsin Qərarın icrası Abşeron rayon İcra və Probasiya İdarəsinə tapşırılsın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar