Məhkəmə qərarları › İş №3(012)-980/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-980/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-980/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1989-cu il tarixdə Abşeron rayonu, Qobu Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 18.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 18.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1545/2021 saylı, 04.05.2021-ci il tarixli icra sənədinə əsasən 3 (üç) uşağa görə hər ay 390 manat aliment Şəxs tutularaq Kəmalə Sultanovaya ödənilməlidir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1545/2021 saylı, 04.05.2021-ci il tarixli icra sənədinə əsasən 3 (üç) uşağa görə hər ay 390 manat aliment Şəxs tutularaq Kəmalə Sultanovaya ödənilməmiş və icra məmurunun çağırışlarından yayınmış, 3360 manat aliment borcu yaranmışdır. Buna görə Şəxs barəsində 18.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, hal-hazırda o, aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs Kəmalə Sultanova onunla birgə nikahdan olan uşaqlarla görüşməyə imkan vermir, ona görədə uşaqlarının saxlanması üçün aliment ödəmir, uşaqlarla görüşəcəyi təqdirdə aliment borcunu ödəyəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqlarının saxlanması üçün cəmi 3 (üç) dəfə hə dəfə 50 manat olmaqla cəmi 150 manat ödəniş etdiyini, uşaqlarla görüşərkən onları qaçırıb vermədiyini, məhkəmə vasitəsi ilə onları aldığını, borclunun qeyri ciddi adam olduğunu bildirib yaranmış 3360 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb etdi. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03.05.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X6 ilə cavabdeh Şəxs arasında Abşeron rayonu İHB-nin Qobu qəsəbə İƏD üzrə nümayəndəliyində 04 aprel 2014-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 07№-si ilə qeyd edilmiş nikah pozulsun, 18 aprel 2013-cü il təvəllüdlü X10, 15 yanvar 2015-ci il təvəllüdlü X7 və 28 noyabr 2017-ci il təvəllüdlü X12 boşanmadan sonra iddiaçı X2 (ananın) yanında qalsın, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 18 aprel 2013-cü il təvəllüdlü X8, 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 28 noyabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun, alimentin tutulmasının əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablansın, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin, cavabdeh Şəxs dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbil edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 18.06.2021-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar