Məhkəmə qərarları › İş №3(012)-981/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-981/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-981/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının hakimliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin, polis sahə rəisi, polis X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron rayon RPİ-nin polis sahə rəisi, polis X8 tərəfindən tərtib edilmiş MN ******* saylı, 18.06.2021-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon RPİ-nin polis sahə rəisi, polis X8 bildirdi ki, Şəxs 18 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Masazır kəndində YPX-nin əməkdaşına qarşı kobud hərəkət edərək ictimi qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında o, 18 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində qardaşı Kamran, anası və nənəsi ilə birlikdə özünün idarə etdiyi 10-99-062 nömrəli, BMV markalı avtomobildə Bakı istiqamətində gedərkən yol patrul xidməti əməkdaşı avtomobilin saxlanması üçün işarə etdiyini, avtomobili saxlayıb ona yaxınlaşarkən ondan sənədlərini tələb etdiyini, avtomobilin yan şüşələrində plyonka olduğunu bildirdikdə o, beynəlxalq sürücülük vəsiqəsi olduğunu və onu təqdim etdiyini, həmçinin avtomobildə əyləşmiş anasının sürücülük vəsiqəsinin olduğunu, avtomobilin yan şüşələrində plyonka olarsa indi sökməyə hazır olduğunu bildirdiyini, yol patrul xidməti əməkdaşı onun sözlərinə fikir vermədikdə “102” çağırış xidmətinə zəng etmək üçün maşına qayıdıb qardaşı Kamrandan mobil telefonunu istədiyini, qardaşı avtomobildən düşüb mobil telefonu ona verərkən yol patrul əməkdaşı onun işinə müdaxilə etməməyi bildirdikdə qardaşı Kamranın sakitcə maşına keçib əyləşdiyini, onlar arasında mübahisə, tabesizlik olmadığı halda, yol patrul əməkdaşı əlavə polis işçilərini oraya dəvət edərək anasını, yaşlı nənəsini və qardaşını avtomobildən düşürərək avtomobilin yan şüşələrində plyonka olduğunu əsas gətirib sökülməsinə imkan vermədən protokol yazdıqdan sonra onları polis idarəsinə, avtomobili isə duracağa apardığını bildirmişdir. O, heç bir ictimai qayda pozmamış, polisə hörmətsizlik göstərməmiş, ümumiyyətlə yol patrul xidməti əməkdaşı ilə öz hüquqları dairəsində danşmış, danışarkən onun tərəfindən mobil telefonla, o cümlədən yol patrul xidməti avtomobilindədə çəkiliş aparılmışdır. Həmin şəkilişlərə baxakən onun ümumiyyətlə yol patrul xidməti əməkdaşı ilə mədəni danışdığı görünəcəkdir. Məhkəmə iclasında dindirilən şahid X5 göstərdi ki, 18 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində 746 YPX keşik avtomobilində xidmət apararkən təzə yolda 10-99-062 nömrəli, BMV markalı avtomobilin yan şüşələrində plyonka olduğunu görüb saxlatmış, sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, sənədlərini tələb etmiş, onun sənədi olmamış, bortkompüterdən sənədi yoxlayarkən Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olmuş, avtomobili dayanacağa aparmaq istərkən sürücü Ülvin onu hədələmiş, ona yalvaracağını, avtomobili heç yerə aparmayacağını bildirib ona tabe olmamış, ona görədə hadisə yerinə əlavə polis işçiləri dəvət etmişdir. Məhkəmə tələb edib baxış keçirdiyi disklərə proses iştirakçıları ilə birlikdə baxarkən iş üzrə 18 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Şəxs idarə etdiyi 10-99-062 nömrəli, BMV markalı avtomobilin təzə yolda Bakı istiqamətində gedərkən yol patrul əməkdaşı X5 tərəfindən avtomobilin saxlandığı, avtomobili saxlayarkən ondan sənədlərini tələb etdiyi, qluşitelin kəsildiy, avtomobilin yan şüşələrində plyonka olduğunu bildirdikdə Şəxs beynəlxalq sürücülük vəsiqəsi olduğunu və onu təqdim etdiyini, həmçinin avtomobildə əyləşmiş anasının sürücülük vəsiqəsinin olduğunu, avtomobilin yan şüşələrində plyonka olarsa indi sökməyə hazır olduğunu bildirib onu X3 təqdim etdiyini, yol patrul əməkdaşının həmin sürücülük vəsiqəsinə etiraz etdiyi, Şəxs “102” çağırış xidmətinə zəng etmək üçün qardaşı X1 mobil telefonunu istədiyi, o mobil telefonu qardaşına verərkən yol patrul əməkdaşı onun işinə müdaxilə etməməyi bildirdikdə onun heç bir söz demədən avtomobilə keçib əyləşdiyi, onlar arasında mübahisə, hər hansı bir söz-söhbət yaranmadığı, onun tabesizlik göstərmədiyi, yol patrul əməkdaşının əlavə polis işçilərini oraya dəvət edərək avtomobildə əyləşmiş iki qadının, biri yaşlı olmaqla, o cümlədən Kamranın avtomobildən düşdüyü, həmçinin orada hər hansı bir ictimai qaydanın pozulması, polisə hörmətsizlik, tabe olmama və sairə kimi hərəkətlər müşahidə edilməmişdir. İş materiallarında olan Abşeron rayon RPİ-nin polis sahə rəisi, polis X8 tərəfindən tərtib edilmiş MN ******* saylı, 18.06.2021-ci il tarixli protokolda görünür ki, Şəxs 18 iyun 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Masazır kəndində YPX-nin əməkdaşına qarşı kobud hərəkət edərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan Xüsusi Taqım Yol Patrul Xidməti baş inspektoru polis baş leytenantı X2 tərtib etdiyi İXP ******* saylı, 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə və nəqliyyat vasitəsinin ban şüşəsininə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə yol verdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 332.2-ci, 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri, digər sübutları, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş disklərə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verib, inzibati protokolu və raportu tərtib etmiş şəxsləri və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər müəyyən edilmədiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar