Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-981/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, barəsində qəbul olunmuş qərarın ləğvi barədə 2020-ci il tarixdə DİNnin Baş X5 İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, müraciəti ilə bağlı istifadəsində olan mobil nömrəyə “tezliklə sizin adınıza olan cərimələr silinəcəkdir” xarakterli sms mətn göndərilmişdir. 2024-cü ilədək onun adına yazılan cərimələr silinməmişdir. Bununla bağlı DİN-nin Baş X5 İdarəsinə yenidən müraciət etmiş və ona “FİAT ALBEA” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün ondan başqa bir neçə nəfərə etibarnamə verilməsi, həmin etibarnamə verilmiş şəxslərin ünvanları dəqiq göstərilmədiyi üçün bütün cərimələrin onun adına göndərildiyi bildirilmişdir. Yuxarıda göstərilən səbəblərə görə tərəfindən müddət ötürülmüşdür və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermiş şəxsə və inzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi, qanunvericiliklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə qəbul edilmiş qərardan şikayət vermə müddəti onun rəsmi qaydada alındığı vaxtdan 20 gün müəyyən edilmişdir. Hazırki müraciətdən aydın olur ki, İlyas Məmmədov barəsində qəbul edilmiş qərarın ləğvi ilə bağlı hələ 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə müraciət etmiş, lakin həmin qərar barədə məlumatı olduğu halda hansı səbəblərdən dolayı 4 il ərzində şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edə biləcək heç bir səbəb göstərməmiş, əsaslı sübut məhkəməyə təqdim etməmişdir. X1 vəsatətində mübahisələndirilən hazırki qərarın ləğvi ilə bağlı vaxtında məhkəməyə şikayət etməsinə maneə olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-981/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-981/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver