Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-982/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətlə birlikdə qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə prosesinin yeri və vaxtı barədə qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə məlumat verilsə də nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, Barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermiş şəxsin və qərar qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən buraxılmış müddətin bərpası barədə vəsatət X2 tərəfindən onunla əsaslandırılmışdır ki, 2020-ci ildə barəsində tərtib olunan qərar barədə həmin ildə qərarın ləğv edilməsi barədə DİN-nin Baş X4 İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Daha sonra DİN-nin Baş X4 İdarəsindən ona ərizəsi ilə bağlı istifadəsində olan mobil nömrəyə mesaj göndəriləcəyi bildirilmişdir. Həmin mesajda qeyd olunmuşdur ki, “tezliklə sizin adınıza olan cərimələr silinəcəkdir”. Lakin 2024-cü ilədək onun adına yazılan cərimələr silinməmişdir. Bununla bağlı DİN-nin Baş X4 İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki, “FİAT ALBEA” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün ondan başqa bir neçə nəfərə etibarnamə verilmişdir.Həmin etibarnamə verilmiş şəxslərin ünvanları dəqiq göstərilmədiyindən bütün cərimələr onun adına göndərilmişdir. Yuxarıda göstərilən səbəblərə görə tərəfindən müddət ötürülmüşdür və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, X2 tərəfindən iş materiallarına əlavə edilən buraxılmış müddətin bərpası barədə vəsatətdə göstərilmişdir ki, onun barəsində qəbul edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan 2020-ci ildən məlumatı olmuşdur və bununla bağlı DİN-nin Baş X4 İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. 2020-ci ildən qəbul edilmiş qərar barədə məlumatı olduğu halda hansı səbəblərdən dolayı 4 il ərzində barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edə biləcək heç bir səbəb göstərməmiş, əsaslı sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarından şikayət vermə müddətini ötürsə də, müddətin buraxılmasının üzürlü hesab edilməsinə dair vəsatətdə göstərilən hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilməz. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar barədə verilən vəsatətdə heç bir mötəbər sübut təqdim edilmədiyindən rədd edilərək müddət bərpa edilməməli, həmçinin X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-982/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-982/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver