Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-982/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə şikayət verən X1 vəkili Vəkil iştirakı ilə, X1 Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin DYP-nin əməkdaşları tərəfindən barəsində inzibati xətanı aşkar etdiklərini iddia etdikləri vaxtdan 48 saat sonra tərtib olunmuş İXP6998469 saylı inzibati protokol əsasıda qəbul olunmuş 26 mart 2025-ci il tarixli TP7135768 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X3 xx.xx.2025-ci il tarixdə təxminən saat 07:15 radələrində S9- YP-633 YPX tərəfindən etibarnamə ilə idarə etdiyi 01-HCL-812 dövlət nömrə nişanlı TOYOTA PRİUS markalı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev pr.-də saxlanılaraq işıqlarının LED işıqlar olmasını bildirərək, bu səbəblə istismara yararsız oluğu bildirilərək avtomobili duracağa yerləşdirməsi üçün qanunsuz tələb etmişlər. X1 idarə etdiyi avtomobilin işıqlarının led olmamasına baxmayaraq, mübahisə yaranmaması üçün əgər işıqların led olmasını bildirsə də, polis əməkdaşları buna məhəl qoymadan qanunsuz tələblərini davam etdirərək onun avtomobilini duracağa aparacaqlarını, müdaxilə edəcəyi təqdirdə PPS çağıracaqlarını bildirmişlər. Rəşad Məmmədovun avtomobili qanunsuz və əsassız olaraq duracağa yerləşdirilmişdir. Rəşad Məmmədov həmin gün dəfələrlə əgər qayda pozmuşdursa, inzibati protokol tərtib olunaraq avtomobilinin ona geri qaytarılmasını istəsə də, barəsində heç bir inzibati protokol tərtib olunmamış və avtomobili ona təhvil verilməmişdir. Bu qanunsuzluqla bağlı Rəşad Məmmədov DİN-nin 102 xidmətinə dəfələrlə şikayət etdikdən sonra ona 48 saat sonra, yəni avtomobili xx.xx.2025-ci il tarixdə əlindən alınıb duracağa yerləşdirilimiş, lakin barəsində xx.xx.2025-ci il tarixdə inzibati protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixdə inzibati tənbeh olunması barədə qərar qəbul edilmişdir. Rəşad Məmmədov həmin gün səhər avtomoibili duracaqdan götürmək üçün getdikdə, protokolun hələ tərtib olunmadığı üçün protokolu ona verməkdən imtina etmişlər. Rəşad Məmmədov dəfələrlə araşdırma aparılmasını xahiş etsə də, heç bir araşdırma aparılmadan onun barəsində əsassız və qanunsuz inzibati protokol tərtib olunmuş və 150 manat cərimə olunması barədə qərar qəbul olunmuşdur. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Rəşad Məmmədovun əməlində heç bir inzibati xətanın tərkib əlamətləri yoxdur. Rəşad Məmmədov heç bir inzibati xəta törətməmiş və bunu sübut edəcək heç bir hal mövcud deyildir. Rəşad Məmmədovun barəsində aparılan inzibati xəta haqqında iş üzrə araşdırma aparılmamış, bu barədə şikayəçiyə məlumat verilməmişdir. İnzibati prtokol tortib olunmasında protokol Rəşad Məmmədova çatarkən onun bu barədə xəbəri olmuş, protokol tərtib olunarkən Rəşad Məmmədova hüquq və vəzifələri izah olunmamışdır. Qeyd olunanlara əsasən o, Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən DİN-nin Abşeron RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 (yüz əlli) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriıməsi barədə 22 mart 2025ci il tarixli aktdan görünür ki, 01-HCL-812 dövlət nömrə nişanlı, TOYOTA PRİUS markalı avtomobil 22 mart 2025-ci il tarixdə saat 07:56 radələrində 15 saylı cərimə meydançasına yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 342-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 tərəfindən törədilmiş əməlin xarakteri, əməli törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halların mövcudluğu araşdırılmamış, sonuncu Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İşdə olan 22 mart 2025-ci il tarixli aktdan görünür ki, 01-HCL-812 dövlət nömrə nişanlı, TOYOTA PRİUS markalı avtomobil 22 mart 2025-ci il tarixdə saat 07:56 radələrində 15 saylı cərimə meydançasına yerləşdirilmişdir.Lakin qeyd edilən protokolda 24.032025-ci il tarixli, ******* saylı protokola istinad edilməklə hadisənin 24 mart 2025-ci il tarixdə saat 10.48-də baş verməsi göstərilir. Bundan başqa, nə protokol tərtib olunarkən, nə də qərar qəbul ediləkən şikayət verənin iştirakı təmin edilməmiş onun müdafiə hüququ pozulmaqla müvafiq protokol və qərar qəbul edilmişdir.İşin məhkəmə baxışında da göründüyü kimi qərar qəbul edən tərəf məhkəməyə gəlməmiş və sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli vəzifəli şəxs Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin inspektoru, polis serjantı X2 MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (maddə.106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmasını (maddə.106.0.5), işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılmasını (maddə.106.0.6) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, araşdırma aparılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və araşdırma aparılması üçün iş qərarı qəbul etmiş orqana göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-982/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-982/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver