Məhkəmə qərarları › İş №3(012)-986/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-986/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-986/2022 21.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X10, X5 və "xxxx" firmasının nümayəndəsi X3 iştirakları ilə Hüquqi şəxs "xxxx" firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxılmasına dair Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Sumqayıt Regional ərazi şöbəsindən daxil olmuş qərara Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Sumqayıt Regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" firması tərəfindən Əmək Məcəlləsinin 7, 44, 49-cu maddələrinin tələbləri pozularaq X6 xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X17 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərdi ki, "xxxx" firması tərəfindən Əmək Məcəlləsinin 7, 44, 49-cu maddələrinin tələbləri pozularaq X6 xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan məlumatlara əsasən inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Sonda o, "xxxx" firması barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi X17 bildirdi ki, araşdırma zamanı təqdim edilmiş sənədlərlə isə müəyyən edilmişdir ki, X6 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi "xxxx" firmasının işəgötürəni tərəfindən elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixində daxil edilmiş və bu bildirişdə əmək müqaviləsinin bağlanma və işçinin işə başlama tarixi xx.xx.2022-ci il tarixi olaraq qeyd edilmişdir. X1 Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinə verdiyi izahatında və müraciətində xx.xx.2022-ci il tarixindən işə başladığını, xx.xx.2022-ci il tarixində iş vaxtı xəsarət aldığını bildirmişdir. İnzibati xətanın sübuta yetirildiyi nəzərə alınaraq, xx.xx.2022-ci il tarixdə protokol tərtib olunmuşdur. "xxxx" firması barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" firmasının "xxxx" firmasının nümayəndəsi X7 izahatında göstərdi ki, X6 "xxxx" Firmasına firmanın xx.xx.2021-ci il tarixli 21 saylı əmri ilə ərizəsinə və onunla bağlanmış əmək müqaviləsinə əsasən Əritmə Sexinə fəhlə vəzifəsinə i.ə qəbul edilmişdir. Onunla Firma arasında bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcələsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Sonradan onun ərizəsinə əsasən onunla əmək müqaviləsi xx.xx.2022-ci il tarixində "xxxx" Firmasına firmasının 08 saylı əmrlə bağlanmış və müqavilə bu günə kimi qtivvəsindədir.Ona əmək haqqı ştat cədvəlinə uyğun hesablanmışdır. X6 tez -tez iş buraxmalara yol vermiş, bununla əlaqədar onunla əlaqə saxlayaraq xəbərdarlıq edilmiş , X6 xəstə olduğunun bildirmişdir. Bu səbəbdəndə .” Şəhriyar -99” Firması onun ailə vəziyyətini nəzərə alaraq onunla birtərəfli qaydada müqaviləni ləğv etməmişdir. Qeyd olunanları nəzərə alaraq, işin icraatına xitam verilməsin məhkəmədən xahiş etşdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" firmasının direktoru A.S.Salahov tərəfindən X8 Sumqayıt regional ərazi şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş X6 ərizəsində qeyd edir ki, “O, 2021-ci ilin dekabr ayından "xxxx" Firmasında işləyir, xx.xx.2022-ci ildə işdə yanıq xəsarəti alıb, xx.xx.2022-ci ildə xəstəxanaya getmiş, xəsarət aldığı gündən xx.xx.2022-ci il tarixinə kimi işə gəlməmiş, ona bülleten pulu müəssisə tərəfindən verilməmiş və xx.xx.2022-ci ildən onun xəbəri olmadan onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.” X6 "xxxx" Firmasına firmasının xx.xx.2021-ci il tarixli 21 saylı əmri ilə ərizəsinə və onunla bağlanmış əmək müqaviləsinə əsasən Əritmə Sexinə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Onunla Firma arasında bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcələsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Sonradan onun ərizəsinə əsasən onunla əmək müqaviləsi xx.xx.2022-ci il tarixində "xxxx" Firmasına firmasının 08 saylı əmrlə bağlanmış və müqavilə bu günə kimi qüvvəsindədir. Ona əmək haqqı ştat cədvəlinə uyğun hesablanmışdır. Ş X6 tez -tez iş buraxmalara yol vermiş, bununla əlaqədar onunla əlaqə saxlayaraq xəbərdarlıq edilmiş , X6 xəstə olduğunun bildirmişdir. Bu səbəbdən də ”Şəhriyar-99” Firması onun ailə vəziyyətini nəzərə alaraq onunla birtərəfli qaydada müqaviləni ləğv etməmişdir.” Hazırda onunla bağlanmış sonuncu müqavilə qüvvədədir. Nəzərinizə çatdırırıq ki, X6 "xxxx" Firmasına xəstəlik vərəqəsi ( bületen) təqdim edəcəyi təqdirdə ona xəstəliyi müddətinə ödəniş ediləcəkdir. -İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi X6 xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" firmasında əritmə sexində fəhlə kimi işə cəlb edilmişdir. Həmin müqavilə müddətsiz olmaqla, hər ay 300 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ilə əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən X2 əmək müqaviləsinə "xxxx" Firması tərəfindən 20 dekabr 2021-ci il tarixdə xitam verilməsi elektron sistemdə qeydə alınmışdır. - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X6 "xxxx" Firmasına müraciət edərək fəhlə işinə qəbul edilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli, KŞ21 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X6 aylıq əmək haqqı ştat cədvəlinə əsasən hesablanaraq "xxxx" firmasında işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, KŞ41 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə işi obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri sorğu əsasında Abşeron rayon Prokurorluğundan tələb edib nəzərdən keçirmişdir. Abşeron rayon Prokurorluğunda toplanmış 106-C-22 nömrəli rədd materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: X6 izahat verərək göstərmişdir ki hal-hazırda heç bir yerdə işləmir. 2021-ci ilin avqust ayından "xxxx" MMC-də sobaçı kimi işə qəbul olunmuş və onunla rəsmi qaydada müəssisə əmək müqaviləsi bağlamışdır. İşi axsam saat 20:00-də başlayıb, səhər saat 08:00 da bitmiş və yalnız bazar günləri istirahət günü olmuşdur. "xxxx" MMC şirkəti əsasən metal əridərək armatur hazırlamış və təxminən 100-dən çox işçisi olmuş, habelə metal əritmək üçün hər sobada 3 fəhlə işləmişdir. Həmin zavoda onu Asif adlı növbə rəisi işə düzəltmiş və sonuncu, həmçinin onun müdiri olmuşdur. 24 fevral 2022-ci il tarixdə işdən olan zaman təxminən gecə saat 02 radələrində o, sobada metalı əritmiş, sağ ayağı sobanın üzərində olmuş və ağır metalı kranla sobaya verən zaman sağ ayağı qəflətən sürüşərək sobaya düşmüş, nəticədə ayağının birinci və ikinci barmağının üstü və topuq hissəsi yanmışdır. Həmin vaxt yanında növbə rəisi Asif adlı şəxs və digər fəhlələr olmuşdur. Asif Şəmistan adlı müəssisənin rəhbər şəxslərindən birini, vəzifəsini dəqiq bilməyərək ona məlumat vermiş və sonuncu gələrək onu təcili Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxanaya aparmış və xəstəxanada adını bilmədiyi həkim ona ilkin yardım etdikdən sonra bir neçə dərman yazmış və Şəmistan həmin həkim qeyd etdiyi dərmanları alaraq elə həmin gün onu evə aparmışdır. Onu da qeyd etmişdir ki, 5 nömrəli xəstəxanaya gedən zaman Şəmistan ona demişdir ki, həkimlər soruşsa ayağına isti çaydanda olan su töküldüyünü söyləsin və o da həkimlərə elə məlumat vermişdir. Daha sonra o, bir neçə gün evdə qalaraq ayağını müalicə edərək sağalmasını gözləmiş və təxminən 17 mart 2022-ci il tarixdə evdə qaldığı günlərin, həmçinin maaşını almaq üçün zavoda getmişdir. Zavoda gedən zaman Tahir müəllim zavodun rəhbəri demişlər işdə yoxdur, sonuncu işə gələn zaman ona söz vermişlər ki, maaşını və evdə qaldığı günlərin pulun verəcəklər və həmin gün Novruz bayram üçün cəmi 200 manat maaşından ona pul vermişlər. Sonra bir neçə gün o, zavoda getsə belə onun maaşını rəhbərlik verməkdən boyun qaçırmış və o bu məsələ ilə bağlı olaraq “Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə” şikayət etmiş və ona məlum olmuşdur ki, "xxxx" MMC şirkəti ona məlumat vermədən 2021-ci ilin dekabr ayında onunla olan əmək müqaviləsinə xitam vermiş və ona bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilsə belə o həmin zavodda yenə də sobaçı kimi ayaq nahiyəsi yanana qədər işləmişdir. O, istehsalatda xəsarət almış və ona məlumat verilmədən, xəbərdarlıq edilmədən, heç bir söz deyilmədən zavod onu işdən çıxartmiş və qanunsuz onu 2021-ci ilin dekabr ayından 2022-cilin fevral ayına kimi işlətmişdir. Araşdırma zamanı X11 izahat verərək göstərmişdir ki, hal-hazırda Sumqayıt şəhərində yerləşən “Super fosfat” şirkətində sex rəisi vəzifəsində işləyir. Zaur Beydullayevlə birlikdə müxtəlif yerlərdə işləmiş və sonuncu onun işçisi olmuşdur. Zaurla sonuncu dəfə Abşeron rayonu, Müşfiq qəsəbəsində yerləşən ”Şəhriyyar-99” MMC-də işləmişdir. Həmin müəssisədə o, 2 ilə yaxın sex rəisi vəzifəsində işləmiş və rəsmi şirkətlə əmək müqaviləsi bağlamışdır. İşi axsam saat 20:00-də başlayıb səhər saat 08:00 da bitmiş və yalnız bazar güləri istirahət günü olmuşdur. O, "xxxx" MMCdə işləyən zaman sobada işləyən fəhlələrə o nəzarət etmişdir. Zaur işdə səhlənkarlıq etmiş, bəzən işə gəlmiş, bəzən isə gəlməmişdir. Bu səbəbdən də onun rəsmi işçi kimi neçə müddət işləməsi barədə məlumatı olmamaışdır. Zaur da işə onun kimi axsam saat 20:00-də başlayıb səhər saat 08:00 da bitirmişdir. "xxxx" MMC şirkəti əsasən metal əridərək armatur hazırlayır və təxminən 100-dən çox işçisi var, habelə metal əritmək üçün hər sobada 3 fəhlə işləyir və o həmin işçilərə nəzarət etmişdir. 24 fevral 2022-ci il tarixdə işdən olan zaman təxmin gecə saat 02 radələrində Zaur sobada metalı əritmiş, sağ ayağı sobanın üzərində olmuş və ağır metalı kranla sobaya verən zaman sağ ayağı sürüşərək sobaya düşmüş və nəticədə sonuncunun birinci və ikinci barmağının üstü və topuq hissəsi yapmışdır. Həmin vaxt yanında o və digər fəhlələr olmuşdur. O, təcili Şəmistan adlı müəssisənin rəhbər şəxslərindən biri, vəzifəsini dəqiq bilməmiş, ona məlumat vermiş və sonuncu gələrək Zauru təcili Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxanaya aparmışdır. Həmçinin Şəmistan demişdir ki, Zaurun xəsarət alması barədə heç bir hüquq-mühafizə orqanına məlumat verməsin, “sonuncuya özümüz nə lazımdır köməklik edəcəyik”. Zaur 5 nömrəli xəstəxanada olan zaman Şəmistanın sözü ilə həkimlərə ayağına isti çaydanda olan su töküldüyünü demişdir. Sonra isə Zaur təxminən bir aydan çox ev şəraitində müalicə almış və işə gəlməmişdir. Daha sonra isə Zaurun əmək haqqı və xəsarət ilə bağlı müəssisə ona heç bir maaş və təzminat ödənişi eləməmiş, həmçinin onların da maaşlarını müəssisə kəsdiyi üçün o, işdən çıxmışdır. Qeyd etmişdir ki, Zaur Beydullayevin sobada ayağı yanan zaman sonuncu "xxxx" MMC-nin rəsmi işçisi olmamış, təxminən 20-25 gün olmuşdur ki, qanunsuz olaraq müəssisə sonuncu ilə əmək müqaviləsinə xitam verilmiş, həmçinin bu barədə işçiyə heç bir məlumat vermədən qanunsuz yenə eyni müəssisədə işlətmişdir. Belə ki, "xxxx" MMC onlarla müqavilə bağlayıb işə götürsə belə 300 manat pulu maaş kartına, digər pulu isə ələ verərək vergidən yayınmışlar, həmçinin Zaur və bəzi işçilərin işinə xitam verərək günəmuzd kimi işlədərək 15 gündən bir pul vermişdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər sağ baldır və ayaq nahiyəsinin İ-İİ-İİİ A dərəcəli termiki yanığı yüksək hərarətin yerli təsirindən törənmişdir müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir dərəcəsinə görə sağlamın uzun müddət pozulmasına səbəb olmayan sağlamlığa az ağır zərər vurmaya aiddir. Abşeron rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı vətəndaş Zaur Zərbəli oğlunun əmək müqaviləsi olmadan Abşeron rayonu, Müşfiq qəsəbəsində yerləşən "xxxx" firmasında sağ ayağının metal əritmə sobasına düşərək sağlamlığın uzun müddət pozulmasına səbəb olmayan az ağır xəsarət alması ilə bağlı toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nın 192 və 198-ci maddələrinin tərkib əlamətləri ilə bağlı inzibati məsələyə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" firması tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" firması tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, "xxxx" firması tərəfindən X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" firması tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 7-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin məzmununa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yananıq Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun və vəkilinin məhkəmə iclasında irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" firmasının əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" firması barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" firması Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar