Məhkəmə qərarları › İş №3(012)-987/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-987/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-987/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-845/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinin icrasını etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına və barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakını yəmin etmək mümkün olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Abşeron Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 845/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 7092.93 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Rüstəmov Tofiq oğlundan tutulması, borcun tutulması 10 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «SAAB 93 SE2» markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməklə, həmin avtomobilin açıq hərracda satılması, avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbini ödəməyə kifayə etmədikdə çatışmayan məbləğin cavabdehdən alınması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-845/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsi Abşeron rayon rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Tələbkar borclu ilə aralarında heç bir razılaşma olmadığından borcun ödənilməsini tələb etmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, onun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-845/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən kredit müqaviləsi üzrə ödənilməmiş 4963 (dörd min doxsan üç) manat 08 (səkkiz) qəpik əsas borcu, 708 (yeddi yüz səkkiz) manat 85 (səksən beş) qəpik faiz borcu, 1401 (min dörd yüz bir) manat məbləğində peniya və iddianın baxılması üçün ödənilmiş 20 (iyirmi) məbləğində dövlət rüsumu, cəmi 7092.93 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Rüstəmov Tofiq oğlundan tutulması, borcun tutulması 10 aprel 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «SAAB 93 SE2» markalı (buraxılış ili 2000, ban YS3DF35T9Y2024651, rəngi tünd göy perlamotru) **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməklə, həmin avtomobilin açıq hərracda satılması, avtomaşının satışından əldə edilmiş məbləğ iddiaçının tələbini ödəməyə kifayə etmədikdə çatışmayan məbləğin cavabdehdən alınması qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2009-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-845/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “Borclunun axtarışı” barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-987/2024 saylı qərarı ilə Şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs yeri müəyyən edilmədiyindən onun Abşeron Rayon Məhkəməsinə məcburi gətirilməsinin təmin edilməsi mümkün olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə onun məhkəmədə iştirakı təmin edilmədiyindən icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar