Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-988/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Hacıyev X3 rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, ev 42 ünvanında yaşayan X5 məxsus ümumi dəyəri 500 manat olan 01 ədəd akumlyatoru, 01 ədəd maqnitofonu və 01 ədəd maqnitofon antenasını gizli yolla talamaqla X5 500 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, X6 etibarında sui-istifadə edərək sonuncudan yol nəqliyyat hadisəsi ilə əlaqədar polisdə olan sənədlərini almaq adı ilə 20 manat pulunu alıb ələ keçirməklə dəluduzluq etmişdir. Bundan başqa o, 21 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində *2111” çağırışlı taksi şirkətinə zəng edərək taksi sifariş etmiş, bundan sonra sifarişi “Hyundai Sonata” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti məşğul olan Zərərçəkmiş şəxs3 qəbul edərək “***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlamış, həmin şəxs ondan üzərində 60 manat pulunun olub-olmadığını soruşaraq sürücünün üzərində 60 manat pulunun olduğunu dəqiqləşdirdikdən sonra ondan Xırdalan şəhərinə gedib bir nəfərdən avtomobil ehtiyat hissəsi götürməsini və 60 manat pul verməsini, daha sonra isə götürdüyü həmin avtomobil ehtiyat hissəsini Bakı şəhəri, Yasamal rayonuna gətirib ona verməsini xahiş edərək avtomobil ehtiyat hissəsini gətirib ona verən zaman həm onun 60 manat pulunu, həm də 20 manat gediş haqqını verəcəyini yalandan vəd etmişdir. Bundan sonra taksi sürücüsü Zərərçəkmiş şəxs3 sifarişi qəbul edərək “***-***-**-**” saylı mobil nömrəsinin sahibinin dediyi yerə, yəni Xırdalan şəhəri istiqamətində yola düşmüş, yolda olarkən həmin şəxs yenidən ona zəng edərək avtomobil ehtiyat hissəsini ona verəcək şəxsin hazırda Abşeron rayonu, Hökməli dairəsinin yaxınlığında gözlədiyini bildirərək Xırdalan şəhərinə deyil, həmin yerə getməyi xahiş etmiş, sürücü Hökməli dairəsindən təxminən 2 km Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən Abşeron rayonu, MD-23 qəsəbəsi, ərazisində ona “***-***-**-**” mobil nömrədən zəng olunaraq avtomobil ehtiyat hissəsini ona verməli şəxs olduğunu bildirərək onunla görüşmüş, sürücü həmin şəxsə 60 manat pul vermiş və həmin şəxs də ona avtomobil yanacaq nasosunu verdikdən sonra Şəxs istifadəsində olan mobil nömrəsini söndürərək bu hərəkətləri ilə Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. Bundan başqa o, 09 may 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanındakı evə qanunsuz daxil olaraq orada 40 metr uzunluğunda hər metrinin dəyəri 2 manat olan, ümumi dəyəri 80 manat olan elektrik naqillərini oğurlamış, nəticədə Zərərçəkmiş şəxs4 80 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, 26 may 2021-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Oba” adlı marketdən 59 (əlli doqquz) dəyərində məhsulları (9 manat 50 qəpik dəyərində 01 ədəd zeytun yağı, 03 ədəd birinin dəyəri 15 manat 50 qəpik olan komili sızma adlı yağları) gizli yolla talamaqla, mağazaya maddi ziyan vurmuşdur. Bundan başqa o, 13 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5ov qızının Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən yaşayış olmayan evindən divarlara çəkilmiş 20 manat dəyərində 100 metr elektrik naqilini, 60 manat dəyərində 300 metr bağlamada elektrik naqillərini və 20 manat dəyərində elektrik ötürücüsünü oğurlamaqla ona 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, 14 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük ərazisində “Şahdağ” marketin yaxınlığında yeni inşa etdirdiyi fərdi yaşayış evindən elektrik naqilini və 04 ədəd dəmir ayaqsltını oğurlamaqla ona 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, 29 mart 2021-ci il tarixdə saat 23 radələrində “***-***-**-**” saylı mobil nömrə ilə “Maxim” taksi şirkətinə zəng edərək, siyahısını qeyd etdiyi 38 manat dəyərində qida məhsullarını Saray qəsəbəsində bir nəfər şəxsə təhvil verdikdən sonra həmin məbləğdə pul ilə yanaşı xidmət haqqını da Sumqayıt şəhərində taksi sürücüsünə təqdim edəcəyi barədə sifariş vermişdir. Bundan sonra X1 qəbul edərək, həmin sifariş üzrə adları qeyd olunmuş 38 manat 20 qəpik dəyərində olan qida məhsullarını alaraq Saray qəsəbəsi, Cabir Novruzov küçəsində bir nəfər naməlum şəxsə təqdim etmişdir. Daha sonra Şəxs qida məhsullarının pulu ilə yanaşı xidmət haqqını da ödəməsi məqsədilə onun Sumqayıt şəhərinə gəlməsini bildirsə də, yekunda onu aldatmış və vədinə əməl etməyərək ona ödəməli olduğu pulu ödəməkdən boyun qaçırmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 09 oktyabr 2020-ci il tarixdə “Turbo.az” sosial şəbəkəsində özünə “Priora” markalı avtomobili almaq istəyən zaman elanı yerləşdirilmiş “***-***-**-**” nömrəli telefonun istifadəçisi ilə tanış olmuş, ilkin olaraq 200 (iki yüz) manat) pulu 09 oktyabr 2020-ci il tarixdə Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən “Avrora” şirkətində işdə olan zaman telefon vasitəsi ilə həmin şəxsin qeyd etdiyi hesaba, yəni X9 hesabına köçürmüşdür. Bununla da Şəxs verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 aldadaraq sonucuya ümumilikdə 200 manat maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-ın sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək işləmədiyini və maddi imkanının zəif olması səbəbindən qeyd olunan inzibati xətaları törətdiyini bildirdi. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20.06.2021-ci il tarixdə saat 17:00-da tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələblərinəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 iyun 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-988/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-988/2021
22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver