Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-990/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 13 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs narkotik maddədən və psxotrop maddədən istifadə istifadə etdiyi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Vasif İsmayılov izahat verərək bildirdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində daşımaqla şübhəli olduğu üçün Abşeron RPİ-nin NMB-nin məkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X5 saxlanılaraq Abşeron RPİ-yə gətirilmişdir. Şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən zəhərli maddələrin komponentləri aşkar edilməsə də, şəxsin barəsində ekspertiza keçirildikdən sonra müayinə zamanı onda opioidlərin, kannabionidlərin və psixiostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunumuşdur. Bununla da Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramiz Əmiriov məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivində olarkən iki nəfər mülkü geyimli polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş və orada ona xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videogörüntü vasitəsi ilə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın cibində olan şəffaf selofana bükülmüş 1 ədəd qəhvəyi rəngli kütləni təqdim edərək, həmin bükümün narkotik vasitə olan heroin olduğiunu bildirmiş və onu Abşeron rayonu, Xırdalan şəhəri, X5 yaşayan Rasim adlı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini etiraf etmişdir.Uzun müddətdir ki narkotik vasitə istifadəçisidir. Dəfələrlə buna görə məhkum olunmuşdur. Lakin müalicə ala bilmədiyi üçün asılılıqdan qurtara bilmir. Səhətini və ailə vəziyyətinin nəzərə alınmasını yüngül tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Natiq Salmanov hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən “cinayət işinin başlanmasının rədd olunması barədə” qərar qəbul edilmişdir. 13 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün həlkim müayinəsindən keçirilərkən sidik nümunəsindən THC (+), MPO (+) MTD (+) tipli narkotik və psixotrop maddələri qəbul etdiyi aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 23:00-dan məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-16/2670 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün “N56” dairəvi möhür əksi, Şəxs aşkar olunmuş (imza) Əmirov R yazısı və imzalar olan zərfdəki 1 ) ədəd) bükümdə təmiz çəkisi 0,541 qram boz rəngli tozşəkilli maddənin tərkibində narkotik vasitələrin, psxotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Tədqiqatdan sonra maddənin təmiz çəkisi: 0,541 qram; sərf edildi: 0,05 qram; qalıq: 0,491 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 3203 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs opioidlərin. kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nətivəsində yaranan asılılıq sindromu narkamaniya xəstəliyinin əlamətləri aşkar olunur, narkamiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin narkamaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 may 2024-cü il tarixdə, saat 23:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 13 may 2024-cü il tarixdə, saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İş üzrə keçirilmiş ekspertiza üzrə müəyyən edilmiş 114 (bir yüz on dörd) manat ekspertiza xərci inzibati xəta törədən Şəxs tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,491 qram maddə məhv edilsin. Qərarın icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-990/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-990/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver