Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-990/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2021 -ci il tarixdə, saat 18:35 radələrində Bakı-Quba yolunda, Bakı şəhərinə giriş istiqamətində avtovağzal yaxınlığında idarə etdiyi 90- VS-159 dövlət qeydiyyat nişanlı avtomlobillə hadisə törətməmişdir, hadisəni arxası ilə gələn **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib, hadisə yerindən yayınmamışdır, belə ki, əlavə tıxac yaratmamaq məqsədilə hər ikisi razılıq əsasında hadisə yerindən uzaqlaşmışdır. Yasamal RPİ-nin DYPŞ-dən ünvanına gələn məktub əsasında Yasamal RPİ-nin DYPŞ-də, Baş DYPİ-də və EYPX postunda oldu. Bütün hal və xüsusatları göstərərək geniş, ətraflı izahat yazıb, hazdisənin onun tərəfindən törədilmədiyini və hadisə yerindən yayınmadığımı, izahatı olmadan birtərəfli qaydada barəmdə tərtib edilmiş prlotokolun əsassız olduğunu sübut etmişdir və onunla razılaşmışdırlar. Ona məxsus maşının idarə edilməsində çətinlik yaranmaması üçün tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. EYPX-nin əməkdaşları bu sənədləşmənin bir neçə gün çəkməsini bildirərək cərimə ödənildiyi halda maşının idarə edilməsinə qoyulan qadağanın dərhal aradan qaldırılmasını bildirərək sonradan toplanan material əsasında qəbul edilmiş qərarın ləğv ediləcəyini ona bildirdilər. O onlara inanmış və razılaşmışdır. Bildirir ki, təqaüddə olan polis əməkdaşı, Qarabağ müharibəsi Veteranı, İİ qrup əlil kimi EYPX əməkdaşlarının sözlərinə inanıb, bu məsələnin müsbət həll edilməsini düşündü və gözlədi. 2025-ci ildə barəsində məhkəməyə olan müraciətdən başa düşdü ki, 2022-ci ildə olan müraciət və xahişi nəzərə alınmayıb, ona yalan danışılıb. Bununla əlaqədar BDYPİ-nə müraciət edərək barəsində tərtib edilmiş qanunsuz qərarın surətini xx.xx.2025-ci il tarixdə götürdü. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 130.2-ci maddələrinə müvafiq olaraq buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs Rövşən Heydərov ərizəni müdafiə edərək göstərdiyi halları nəzərə almaqla, buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X2 məhkəmə iclasında barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın mövcud olduğunu 2022-ci il tarixdən öyrəndiyini bildirsə də, nəyə görə müvafiq qərardan şikayət etmədiyini, məhz 2025-ci ilin aprel ayında şikayət etdiyi barədə gətirdiyi arqumentləri inanadırıcı və ağlabatan hesab etmir, odur ki, şəxs inzibati tənbeh vermə haqqında qərara münasibətdə hərəkətsizlik göstərmiş, qərardan şikayət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən Rövşən Heydərov tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-990/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-990/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver