Məhkəmə qərarları › İş №3(012)-992/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-992/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-992/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP-4285513 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə 09 iyul 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP4285513 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti belə əsaslandırılmışdır ki, 02 aprel 2021-ci il tarixində 20 yanvar metrosu yaxınlığında Xırdalana gəlmək üçün taksiyi oturmuş, saat 8:55 radələrində Bakı Sumqayıt yol ilə Masazır dairəsinə yaxınlaşarkən sürücüdən dairəni keçməmiş düşmək üçün uyğun bir yer seçib sağlamağı xahiş etmiş, o, maşını saxlayıb düşə biləcəyini bildirdikdə o, qapını açan anda yandan keçən nəqliyyat vasitəsi ilə qəza baş verdi və onun açdığı qapı ilə digər nəqliyyat vasitəsinin sağ tərəfi zədələnmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP-4285513 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3, Abşeron rayon DYP polis mayoru X4 məhkəmə iclası barədə lazımı qaydada məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki iş materiallarında olan görünür ki, X6 barəsində tərtib olunmuş Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP4285513 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən hər qərara görə 30 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin 24.05.2021-ci il tarixli məktubundan görünür ki, 02.04.2021 -ci il tarixdə 08:55 radələrində Bakı-Sumqayıt şossesinin köməkçi yolunda X7 idarə etdiyi Hyundai Elantra markalı 99-ND- 716 dövlət qeydiyyat nişanlı avtomaşını müəyyən edilməmiş yerdə saxlayaraq arxa sol oturacaqda əyləşmiş X6 qapını açaraq düşmək istəyərkən hərəkətin digər iştirakçısı olan X5 idarə etdiyi Hyundai Sonata markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomaşına sağ hissədən dəyərkən maddi ziyan dəymişdir. Hyundai Elantra markalı **-ND- *** dövlət qeydiyyat nişanlı favtomaşının sürücüsü X7 YHHQ-nun 52-ci maddəsinin Vİİİ bəndinin tələblərini pozaraq barəsində İXM-nin 346.1-ci maddəsi ilə İXP3873280 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 İXM-nin 338.3-cü maddəsi ilə sərnişinlər İtərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydasını pozduğun görə »İXP3873296 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron RPİ DYPŞ-nin BDAM polis mayoru Usubov Eynəddin protokolun yazılmasında qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X6 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, sərnişin X6 tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına görə onun tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP-4285513 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayon X13 mayoru X2 03.04.2021-ci il tarixli, TP-4285513 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar