Məhkəmə qərarları › İş №3(012)-993/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-993/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-993/2023 11.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X3nun nümayəndəsi-vəkili X7, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul olunmuş İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN0010265 saylı, xx.xx.2023-cü il tarixli Qərara əsasən "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquq pozuntusunun aradan qaldırılması üçün 5 (beş) gün müddət təyin olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixli müraciətlə idxal olunan qida məhsul partiyası barədə Bakı Regional Bölməs tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 169/FN saylı qərarı icra edilməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli 169/FN saylı qərarda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli AZ-21010078/LAB03-23007-T-007 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizm sitrus tristeza virusu Nazirlər Kabinetinin xx.xx.2006- cı il tarixli 280 saylı qərarının tələblərinə cavab vermədiyindən "xxxx" MMC-nin müraciəti əsasında idxal olunmuş 21700 kq portağal məhsul partiyasına qida təhlükəsizliyi sertifikatı verilməsindən imtina edilmiş, həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN0010265 saylı, xx.xx.2023-cü il tarixli Qərar qanunsuz və əsassızdır. Belə ki, barəsində şikayət verilmiş qərarın qəbul edilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli 169/FN saylı qərar "xxxx" MMC tərəfindən inzibati qaydada mübahisələndirilmiş, iddia ərizəsi hazırlanaraq Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sınağın aparılması zamanı nümunələrin götürülməsi, saxlanılması və labaratoriyaya göndərilməsi, ekspertizanın keçirilməsi qaydaları və müddətləri pozulmuşdur. Belə ki, məhsul ölkəyə xx.xx.2023-cü il tarixində idxal olunmuş, həmin tarixdə X4 Bakı Regional Bölməsi qida təhlükəsizliyi sertifikatının verilməsi üçün idxal olunan mallardan nümunələr götürülməsi barədə müraciət olunmuş, şikayətə əlavə edilmiş AZ-21010078/LAB03-23007-T-007 nömrəli sınaq protokolundan da göründüyü kimi xx.xx.2023-cü il tarixində AZ-21010078/LAB03- 23007 saylı nümunə götürürlmə aktına əsasən götürülsə də, nümunənin götürüldüyü yerdə - düzgün olmayan şəraitdə saxlanılmış, sınaq protokolunda da göstərildiyi kimi götürüldükdən düz 8 gün sonra -xx.xx.2023-cü il tarixində labaratoriyaya təqdim olunmuş, xx.xx.2023-cü il tarixində sınaq bitirilərək protokol təsdiq olunmuş, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında qərar xx.xx.2023-cü il tarixində qəbul olunmuş və xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq,ətraflı fıtosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair” TƏLİMAT-ın “götürülmüş nümunələrin rəsmiləşdirilməsi və laboratoriyaya göndərilməsi” adlanan 16-cı maddəsinə əsasən yüklərdən götürülmüş nümunələr (sınaq şüşələrinə toplanmış nümunələr də daxil olmaqla) səlahiyyətli orqanın müfəttişi tərəfindən ekspertiza keçirilənə qədər nümunələrin qorunmasına və onların gizli şəkildə dəyişdirilməsinin mümkünsüzlüyünə təminat veriləcək şəkildə möhürlənir. Nümunə götürülmə prosesi başa çatdırıldıqdan sonra dərhal müfəttiş tərəfindən bu barədə Təlimatın 2 nömrəli Əlavəsində göstərilən akt tərtib edilir. Akt üç nüsxədən ibarət olur ki, bu nüsxələrdən biri nümunə ilə birlikdə aktla təsvir edilmiş məhsul nümunələrinin müqayisə ediləcəyi parametrlər üzrə sınağının aparılması və digər sənədləşmə işlərinin aparılması məqsədilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş aidiyyəti laboratoriyaya göndərilir. Aktın ikinci nüsxəsi isə səlahiyyətli orqanda sxlanılır. Aktın digər nüsxəsi isə nümunə götürülmüş yükün sahibində özündə saxlanılır. Götürülmüş nümunələr müfəttişin nəzarəti ilə müşayət edilir və səlahiyyətli orqanın nəqliyyat vasitələri ilə müvafiq laboratoriyalara çatdırılır. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi-vəkili X11 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X12 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, "xxxx" MMC tərəfindən, “Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması”na dair X5 Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli 169/FN nömrəli qərarı 10 gün müddətində icra edilməmişdir. xx.xx.2023-cü il tarixli qərarın "xxxx" MMC-yə çatdırılması üçün bütün imkanlardan istifadə edilmiş, email və poçt vasitəsi ilə göndərilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli elektron ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Türkiyədən ölkəyə idxal edilməsi nəzərdə tutulan, yeyinti məhsulu hesab edilən 21.700 kq portağal məhsulu üçün qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının X5 Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli 169/FN nömrəli qərarından görünür ki, «Ertagro” MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət daxil olmuşdur. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada icraata götürülmüşdür. xx.xx.2023-cü il istehsal tarixli, ümumi çəkisi 21.700 kq olan portağal məhsul partiyası AZ-210100078/LAB03-23007-T-007 nömrəli tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən karantin tətbiq olunan zərərli orqanizim Sitrus tristeza virusu aşkar olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X2 tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab vermir. Bununla bağlı “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” xx.xx.2018-ci il tarixli 302 nömrəli qərar qəbul edilmişdir. «Ertagro” MMC-nin əməliyyatçı mühasibi Rüfət Bəzirli tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yazılı izahata əsasən məhsulların satıldığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında” Əsasnamənin 3.0.9-cu yarımbəndi rəhbər tutulmaqla, «Ertagro” MMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan məhsulların 30 gün müddətinə satış şəbəkələrindən geri çağırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının X5 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki,, X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni zamanda həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi, ‘Ertagro" MMC idxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli İD********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyinə müraciət etsə də, onun həmin müraciətinə xx.xx.2023-cü il tarixli 169/FN nömrəli qərarla münasibət bildirilmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixli 169/FN saylı qərar "xxxx" MMC tərəfindən inzibati qaydada mübahisələndirilməsi, iddia ərizəsi hazırlanaraq Bakı İnzibati Məhkəməsinə göndərilməsi inzibati xətanın törədilməsini istisna etmir, işin icraatına xitam veriılməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 544.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar