Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-993/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Məhkəməyə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Zirə Sovxozunda yerləşən Şəxs MMC-nin müəssisəsinə məxsus istixananın ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Şəxs MMC-nin hərəkətsizliyi ilə əlaqədar olub, həmin hüquqi şəxsin ünvanı olan Zirə qəsəbəsi, Südçülük və Tərəvəzçilik sovxozu ərazisidir. Həmin ərazi isə inzibati ərazi vahidi olaraq Bakı şəhəri Xəzər Rayonu ərazisində yerləşir. Sovxozun yerləşdiyi ərazinin torpaqları vaxtilə Abşeron rayon İcra Hakimiyyətinə təhkim olunmuş torpaqlar olmuşdur. Aqrar islahatlar nəticəsində sovxozların ləğv olunması ilə əlaqədar artıq həmin torpaqların Abşeron rayonuna aidiyyatı yoxdur. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən ərazilərin torpaq mübahisələrinə də artıq Abşeron rayon Məhkəməsində baxılmır. Odur ki, hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol üzrə inzibati xəta hadisəsi Bakı şəhəri Xəzər rayonu ərazisində baş verdiyindən iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-993/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-993/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver