Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-994/2025 13.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Məlhəm ərazi dairəsi, Əngəxaran kəndində qeydiyyatda olan, Abşeron rayonu, Abşeron rayonu, 28 May qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında haqqında İİİ Tağım YPX inspektoru, polis baş serjantı X5 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il saat 19:15 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu əraziindən keçən 24-cü kilometrliyində 1991-ci il təvəllüdlü Şəxs idarə etdiyi X13 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində orta zolaqda hərəkətdə olarkən yolu soldan saga doğru piyada keçidi zolaqları ilə adi yerişlə keçən Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş zərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixində saat 19:15 radələrində etibarnamə əsasında idarə etdiyi X13 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan Şamaxı istiqamətinə tərəf gedərkən Bakı Şamaxı yolunun 24-cü kilometrinə çıxdıqda maşını orta zolaqda hərəkət etdirdi, qarşıda piyada keçidi zolaqlarına çıxdıqda avtomobilin surətini azaldıb yolu soldan saga keçən piyadalara yol verirdi və yenidən hərəkətə başladı. Bu zaman piyada keçidi zolaqları ilə yolu soldan keçən iki nəfəri piyada qızlardan birinə maşının qabaq sol tərəfinə dəydi. Piyada qız sola yıxıldı, maşını saxlayıb yerə düşüb qıza yaxınlaşdı.Qızı həkimə aparmışdır. Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Məhkəmədən 4 yetkinlik yaşına çatmayan övladlarının olmasının, dəymiş ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 415 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol aşıq-baldır oynağının hematoması və əzilmiş yarası küt əşyanın(ışyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomobilinin hissəsi ilə vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd ediməsi haqqında qərardan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il saat 19:15 radələrində Bakı-Şamaxı-Yevıax yolunun Abşeron rayonu əraziindən keçən 24-cü kilometrliyində 1991-ci il təvəllüdlü Şəxs idarə etdiyi X13 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətində orta zolaqda hərəkətdə olarkən yolu soldan saga doğru piyada keçidi zolaqları ilə adi yerişlə keçən Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir və hal-hazırda Şəxs heç bir şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X1, X2, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan övladları vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 4 yetkinlik yaşına çatmayan övladlarının olmasını və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(012)-994/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-994/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver