Məhkəmə qərarları › İş №3(012)-995/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-995/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-995/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun və qərarından şikayət verilmiş səlahiyyətli orqan Abşeron rayon Pİ-in X11 Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYPŞ-in əməkdaşı polis leytenantı X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 60 manat cərimə olunmuşdur. Abşeron DYPŞ-in əməkdaşı polis leytenantı X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Masazır dairəsində yenidən dairədən çıxıb üzü Masazır istiqamətinə hərəkət edərkən işıqforun işləməməsi nəticəsində Xırdalan istiqamətindən Masazır dairəsinə daxil olmaq istəyən Mercedes Benz markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsus idarə etdiyi Hyundai Elantra markalı. **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilimin sağ tərəfi ilə toqquşmuşdur. İşıqfordan qabaq həmin istiqamətdən, yəni Xırdalan şəhərindən Masazır dairəsinə daxil olan avtomobillər üçün yolver nişanı qoyulmuşdur. İşıqfor qoyulduğu zaman həmin nişan oradan götürülmüşdür. Bu səbəbdən də həmin istiqamətdən gələn avtomobillər hər zaman və həmin vaxt avtomobilləri gözləyib sonra dairəyə daxil olurlar. Belə ki, qarşı tərəfdə digər avtomobillər gözlədiyi halda birdən-birə dairəyə daxil olmaq istəmiş, nəticədə inzibati xəta hadisə baş vermişdir. Onun idarə etdiyi avtomobil əzilmişdir. Həmin vaxt artıq o dairədə hərəkətdə olmuşdur. Bununla yanaşı qarşı tərəf öz təqsirini həmin zaman səmimi etiraf etmiş və Abşeron RPİ-də yol patrul xidmətinin əməkdaşı ona bildirmişdir ki, sərxoşluq müayinəsindən keçməsi üçün tibb müəssisəsinə getməlidir. Lakin qarşı tərəfin izahatı Abşeron RPİ-nin Yol patrul xidməti şöbəsində dəyişdirilərək təqsirin onda olduğu bilinərək barəsində xx.xx.2022-ci il tarixdə İXM-nin 327.2-ci maddəsilə inzibati protokol tərtib edilmişdir. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Abşeron rayon Pİ-in X11 Şöbəsinin nümayəndəsi X5 şikayətçinin dəlilləri ilə razılaşmayaraq məhkəməyə müvafiq sənədləri təqdim edərək, izahatında göstərmişdir ki, sözügedən qərar xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokol əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, xətanın baş verdiyi Masazır dairəsi adlanan ərazidə dairəvi hərəkət təşkil olunmuş yolayrıcında sürücü X3 idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyi istiqamətdə dairənin qarşısında dairəvi hərəkət təşkil olunmasını bildirən 4.3 yol nişanı quraşdırılmışdır. Belə olan halda sürücü 4.3 yol nişanın tələbinə riayət edilməməklə dairəyə daxil olarkən dairədə olan nəqliyyat vasitəsinə yol verməmək yol hərəkəti qayda pozuntusu kimi qiymətləndirilmişdir. Odur ki, inzibati xəta törətmiş X7 barəsində Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən inzibati protokol tərtib edilməklə müvafiq tədbir görülmüşdür. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini və onun tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş orqan Abşeron rayon Pİ-in X11 Şöbəsinin əməkdaşı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, baş vermiş inzibati xəta zamanı hadisə yerinə gəlmiş və müəyyən edilmişdir ki, “HYUNDAİ ELANTRA” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Masazır dairəsi adlanan ərazidə dairəyə daxil olarkən dairədə olan nəqliyyat vasitəsinə yol vermədiyinə görə Mercedes Benz markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hər iki sürücü sərxoşluq müayinəsindən keçirildikdən sonra izahatları alınmış və “HYUNDAİ ELANTRA” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 barəsində Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati qaydada 60 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir.. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İ-ci hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ hissəsinə əsasən yol nişanları 7 qrupdan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəcik) Həmin Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Qanunun 65-ci maddəsinin İ-ci hissəsinin tələbinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 4.3 nömrəli dairəvi hərəkət olan yol nişanı məcburi hərəkət istiqamətini bildirən yol nişanları qrupuna daxildir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi məsuliyyətə səbəb olan pozuntu hesab edilir. Qanunun 81-ci maddəsinə əsasən həmin qanunun 79-80-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülkihüquqi məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə “HYUNDAİ ELANTRA” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olarkən məcburi hərəkət istiqamətini bildirən yol nişanlarının tələbini və yolayrıcını keçmə qaydasını pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar həmin ərazidə xidmət aparan Abşeron rayon Pİ-in DYPŞ-in inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Şikayətçi şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, işıqfor qoyulduğu zaman yolver nişanı oradan götürülməsi, işıqforun işləməməsi və sair kimi dəlillər gətirsə də təqdim edilən sənədlərdə X3 idarə etdiyi avtomobillə dairəyə daxil olarkən dairəvi hərəkət təşkil olunmasını bildirən 4.3 yol nişanın tələblərini pozması müəyyən olunur. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat inzibati cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 barəsində qəbul edilmiş Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar