Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-997/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X9 katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, şikayətçi "xxxx" MMC-nin direktoru X2 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X4 şikayətini belə əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 3(012)-2037/2021 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 253-1.2.1 və 275.1.1 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Həmin qərardan "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-75/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2021 -ci il tarixli, 3(012)- 2037/2021 saylı qərarı ləğv edilmiş və işə qərarın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-552/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 253-1.2.1 -ci, 275.1.1 -ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan 4 saylı X11 Təbii Sərvətlər İdarəsinə qaytarılmışdır. 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli MNNo1493813 saylı inzibati xəta haqqında protokola əsasən inzibati orqan Abşeron rayon Məhkəməsinin 3(012)-552/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında olan göstərişlərə fakt kimi nəzərə alaraq eyni maddələrlə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yəni guya ki, Abşeron rayon Məhkəməsinin 3(012)-552/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında göstərişlər verilmişdir ki, inzibati orqan tərəfindən inzibati protokol hüquqi şəxsin vəzifəli şəxsi barəsində tərtib edilməli olduğu halda, hüquqi şəxsin özü barəsində tərtib edilmişdir. Halbuki Abşeron rayon Məhkəməsinin 3(012)-552/2022 saylı 12 04.2022-ci il tarixli qərardadında belə bir göstəriş ümumiyyətlə yoxdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarına əsasən "xxxx" MMC-nin direktoru X4 AR İXM- nın 253-1.2.1 və 275.1.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən o, AR İXM-nın 253-1.2.1 -ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Həmin qərara əsasən X4 guya ki, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərar qəbul etmişdir. İnzibati orqan baş vermiş hadisə ilə bağlı hərtərfli və əsaslı araşdırma aparmadan, mübahisəli ərazidə "xxxx" MMC tərəfindən vaxtılə tikinti aparılması faktını əsas tutaraq mənim barəmdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki mübahisəli ərazi fiziki şəxs olan X5 xüsusi mülkiyyətindədir. Bundan başqa ağacların yerlərinin dəyişdirilməsini həyata keçirən şəxslərin ümumiyyətlə "xxxx" MMC-yə aid olması sübut olunmur və inzibati orqan bu faktla bağlı hər hansı araşdırma aparmamışdır. Yəni ağacların yerini dəyişən şəxslərin kim olması, onların "xxxx" MMC-nin işçiləri olması faktını təsdiq edən heç bir sübut yoxdur. Ümumiyyətlə ağacların yerinin dəyişdirilməsi barədə göstərişin onlara kim tərəfindən verilməsi və onların hansı göstəriş əsasında hərəkət etməsi ümumiyyətlə inzibati orqan tərəfindən araşdırılmamışdır. İnzibati orqanın başqa bir qanun pozuntusu isə onunla bağlıdır ki, inzibati orqan inzibati araşdırmanın həyata keçirilməsi ilə bağlı "xxxx" MMC-yə göndərdiyi bütüt məktublar nəzərdə tutulan tarixdən sonrakı günlərdə gəlmişdir. Eyni zamanda inzibati orqan inzibati protokolu tərtib etməmişdən əvvəl inzibati araşdırma aparmalı idi, inzibati protokolu mənim iştirakımla tərtib etməli idi. İnzibati orqan əvvəl xx.xx.2022-ci il tarixdə mənim barəmdə inzibati xəta haqqında protokol tərtib etmiş, sonra həmin protokola baxılması İlə bağlı xx.xx.2022- Cİ İl tarixə saat 11:00-a mənim dəvət etmişdir. Həmin dəvət məktubu isə iyun ayının əvvəllərində “F.İ.P" MMC-yə daxil olmuşdur. Bütün bu hallar onu göstərir ki, inzibati orqan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında olan xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda inzibati orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən AR İXM-nın tələbləri də pozulmuşdur. Mübahisəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol yenə də yuxarıda göstərilən Qanunun tələblərinə zidd və pozulması ilə tərtib olunmuşdur. Digər tərəfdən inzibati araşdırmanın aparılması ilə bağlı məktublar da təyin olunduğu vaxtdan sonra daxil olmuşdur. Bu isə eyni zamanda inzibati araşdırmada iştirak etmək hüququnu pozmuşdur. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati qərar qəbul edilərkən qanunun yuxarıda göstərilən tələbləri də pozulmuşdur. Digər bir qanunsuz fakt onunla bağlı olmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, - “4 saylı X11 Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* saylı inzibati xətan haqqında protokolu həmin idarənin əməkdaşlarının xx.xx.2021-ci il tarixli 73467 saylı akt əsasında tərtib edilmişdir. Aktda parkdakı ağacların F.İ.P MMC-nin direktoru X3 işçiləri tərəfindən onun şifahi göstərişi əsasında çıxarılaraq y/k-nin ərazisində park üçün nəzərdə tutulmuş ərazidə əkildiyi göstərilmişdir”. İşin bu xüsusatları da inzibati orqan tərəfindən araşdırılmamışdır. Halbuki məhkəmə qərardadında qeyd etmişdir ki, həmin çatışmazlıqlar aradan qaldırılmalıdır. İnzibati orqan məhkəmənin bu göstərişinə əməl etməyərək, əlavə heç bir araşdırma aparmadan, əvvəlki inzibati icraatda olan sübutları bu işdə istifadə edərək onun barəsində inzibati protokol tərtib etmişdir. Həmin işdə olan sübutlar "xxxx" MMC-nin barəsində olan inzibati icraat zamanı toplanılmış və həmin işdə istifadə olunmuşdur. Yenidən isə inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, onun inzibati məsuliyyətə cəlb olunmağına səbəb ola bilməyəcək heç bir sübut inzibati orqan tərəfindən toplanmmışdır. “F.İ.P" MMC-nin barəsində olan inzibati icraat zamanı toplanmış sübutlar onun barəsində istifadə olunmuş və istifadə olunmuşdur. Halbuki həmin sübutlar heç bir halda onun barəsində başlanılmış inzibati icraatda istifadə oluna bilməzdir. Eyni zamanda torpağın mülkiyyətçisi olan şəxs - X8 da inzibati icraat zamanı işə cəlb edilməli və onun da izahatı alınmalı idi. Ola bilər ki, ağacların yerinin dəyişdirilməsi barədə göstəriş məhz onun tərəfindən verilmiş və onun sifarişi əsasında həyata keçirilmişdir. Lakin inzibati orqan tərəfindən işin bu halları da araşdırılmamışdır. Hesab edirəm ki, inzibati orqan tərəfindən onun barəsində inzibati icraat başlandıqdan sonra ağacların kim tərəfindən çıxarılması, ağacları çıxaran şəxslərin "xxxx" MMC-nin işçiləri olmaları, ağacların həqiqətən də onun yoxsa torpağın mülkiyyətçisinin göstərişi əsasında çıxarılması araşdırılmalı idi. Bu faktlar isə araşdırılmamış və nəzərə alınmamışdır. Beləliklə yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, onun əməlimdə inzibati xəta tərkibi olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərarın surəti rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edildiyi üçün, həmin qərardan verilən şikayət vaxtında verilmiş hesab edilməlidir. Sonda o, şikayətin təmin olunması, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin onun AR İXM-nın 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunmağı barədə 03.06 2022-ci il tarixli, MN ******* saylı qərarını qanunsuz olduğu üçün ləğv edilməsi və ış üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MMC-yə məxsus “Rahat Nəfəs” yaşayış kompleksi ərazisində köküstə yaş halda 34 (otuz dörd) ədəd müxtəlif cinsli ağac və kol bitkisi qanunsuz olaraq ETSNnin rəyi olmadan köklə birlikdə torpaqdan çıxarılaraq yaxınlıqdakı əraziyə əkilmiş, tikintinin layihətexniki sənədlərinə ETSN-in müsbət rəyi alınmamışdır. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1, 275.1.1-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X11 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda o, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən MN № ******* saylı, xx.xx.2022 -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının tərtib edilməsinə səbəb olmuş sənədləri tələb edib nəzərdən keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MMC-yə məxsus “Rahat Nəfəs” yaşayış kompleksi ərazisində köküstə yaş halda 34 (otuz dörd) ədəd müxtəlif cinsli ağac və kol bitkisi qanunsuz olaraq ETSN-nin rəyi olmadan köklə birlikdə torpaqdan çıxarılaraq yaxınlıqdakı əraziyə əkilmiş, tikintinin layihə-texniki sənədlərinə ETSN-in müsbət rəyi alınmamışdır. Buna görə də X4 Azərbaycan Respublikası İXM-nin 253-1.2.1 və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 73467 saylı aktdan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, 22/Ə- 9047-087 nömrəli məktubu ilə Abşeron rayonu, Masazır qəsəbəsi “Rahat Nəfəs” y/k-də yaşayan Əsgərova Şabikə və bir qrup sakinlərin kompleksin həyətyanı ərazisində yeni salınmış parkda mövcud olan ağacların “Rahat Nəfəs yaşayış kompleksinin əməkdaşları tərəfindən çıxarılması ilə bağlı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış şikayət ərizəsində və Nazirliyin ”Qaynar Xətt” xidmətinə elektron poçt ünvanına daxil olmuş eyni məzmunlu şikayət ərizələrində göstərilənlər tərəfimizdən şikayətçilərin və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçilər yazılı izahat verərək yaşadıqları kompleksin hətəyanı ərazisində yeni salınmış parkdakı ağacların "xxxx" MMC-nin direktrou X2 işçiləri tərəfindən çıxarıldığını bildirdilər. "xxxx" MMC-nin direktoru X4 da öz növbəsində şifahi vəsatət verərək onlara “Rahat Nəfəs”y/k-nin tikintisinə icazə verildiyini, həmin kompleksin axırıncı binasının tikintisi üçün nəzərdə tutulmuş sahədə bina sakinləri tərəfindən təyin olunmamış ərazidə əkilmiş ağacları onun göstərişi əsasında çıxarılaraq y/k-nin ərazisində park üçün nəzərdə tutulmuş əraziyə əkildiyinə göstəriş verildiyini və ağacların köçürülməsi üçün ETSN-nin X7 Agentliyinin rəyi olmasının vacibliyi barəsində məlumatının olmadığını bildirmişdir. Araşdırma zamanı tərəflərindən “Rahat Nəfəs” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMK DƏDRXnin xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1.15 ha torpaq sahəsinin X5 xüsusi mülkiyyətinə verildiyi və həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 18 girişli, 7 mərtəbəli bina Abşeron RİH tərəfindən xx.xx.2019-cu il tarixli, 582 saylı sərəncam verildiyi müəyyən olunmuşdur. Baxış zamanı ərazidə 9 ədəd binanın əvvəlki illərdə sakinlər üçün istifadəyə verildiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru X4 araşdırma müddətində layihə-tikinti ilə əlaqədar ETSN X7 Agentliyinin rəyini təqdim edə bilmədiyindən İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, 99/531/d saylı məktubla ETSN-nin DEEA-nə müraciət olunmuş müvafiq olaraq xx.xx.2021, 520/DEİ-22 nömrəli cavab məktubuna əsasən "xxxx" MMC-yə “Rahat Nəfəs” yaşayış kompleksinin lahiyətikintisi ilə bağlı rəy verilmədiyi bildirilmişdir. Əraziyə baxış zamanı hər hansı tikinti quraşdırma aparılmadığı müəyyən olunmuşdur. Yelena Hacıyevanın təqdim etdiyi videoçəkilişə əsasən tinglərin köçürülməsi Abşeron RİH və Abşeron RPİ-nin əməkdaşlarının iştirakı ilə köçürülfdüyünü bildirmişdir. Baxış zamanı tikinti üçün nəzərdə tutulmuş ərazi diametrləri 2-4 sm olan 20 ədəd şam, 8 ədəd çinar, 1 ədəd zeytun, 2 ədəd sərv və 3 ədəd alyant kolu olmaqla ümumilikdə 34 ədəd müxtəlif cinsli ağac və kol tinglərinin köçürüldüyü və hal-hazırda aqrotexniki qulluq göstəriləcək normal bioloji inkişaf olduğu müəyyən edilmişdir. Bununla da "xxxx" MMC–nin direktoru Yelena Hacıyeva “X1” Qanunun 10-13-cü maddəsinin Azərbaycan Respublikası NK-nin xx.xx.2016-cı il tarixli 321 saylı qərarına əsasən “Yaşıllıqların götürülməsi” qaydasının “Ekoloji Təhlükəsizlik haqqında” Qanunun 9-cu maddəsi və Ətraf Mühitin mühafizəsi haqqında Qanunun 51, 52 və 54-cü maddələrin tələbləri pozulmuşdur. İş materiallarında olan DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1.15 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarına aid olmaqla X5 xüsusi mülkiyyətinə sahibkarlıq fəaliyyəti məqsədi ilə verilmişdir. İş materiallarında olan X5 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, “Rahat Nəfəs yaşayış kompleksində yerləşən binalar onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Həmin binaların inşası Abşeron RİH-nin müvafiq sərəncamına əsasən layihələndiirlmiş və tikilmişdir. Sərəncama əsasən ərazidə 10 yaşayış inasının tikintisinə icazə verilmişdir. Həmin binaların yalnız doqquzu inşa edilmişdir. 2021-ci ilin dekabr ayında onun tərəfindən binanın həyətinə fəhlələr gətirilmiş və ağacların yeri həyətin bir hissəsindən digər hissəsinə köçürülmüşdür. Torpaq sahəsi onun mülkiyyətində olduğu üçün ağacların köçürülməsi onun tapşırığı əsasında həyata keçirilmiş və bununla bağlı hər hansı digər şəxs göstəriş verməmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Abşeron rayonu, Masazır qəsəbəsi “Rahat Nəfəs” y/k-də yaşayan Əsgərova Şabikə və bir qrup sakinlər kompleksin həyətyanı ərazisində yeni salınmış parkda mövcud olan ağacların “Rahat Nəfəs yaşayış kompleksinin əməkdaşları tərəfindən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış şikayət ərizəsində və Nazirliyin ”Qaynar Xətt” xidmətinə elektron poçt ünvanına daxil olmuş eyni məzmunlu şikayət ərizələrində göstərilənlər AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şikayətçilərin və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə yerində araşdırılmış, araşdırma zamanı şikayətçilər yazılı izahat verərək yaşadıqları kompleksin hətəyanı ərazisində yeni salınmış parkdakı ağacların "xxxx" MMC-nin direktrou X2 işçiləri tərəfindən çıxarıldığını bildirmiş, "xxxx" MMC-nin direktoru X4 da onlara “Rahat Nəfəs”y/k-nin tikintisinə icazə verildiyini, həmin kompleksin axırıncı binasının tikintisi üçün nəzərdə tutulmuş sahədə bina sakinləri tərəfindən təyin olunmamış ərazidə əkilmiş ağacları onun göstərişi əsasında çıxarılaraq y/k-nin ərazisində park üçün nəzərdə tutulmuş əraziyə əkildiyinə göstəriş verildiyini və ağacların köçürülməsi üçün ETSN-nin X7 Agentliyinin rəyi olmasının vacibliyi barəsində məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMK DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1,15 ha torpaq sahəsinin X5 xüsusi mülkiyyətinə verildiyi və həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 18 girişli, 7 mərtəbəli bina Abşeron RİH tərəfindən xx.xx.2019-cu il tarixli, 582 saylı sərəncam verildiyi, ərazidə 9 ədəd binanın əvvəlki illərdə sakinlər üçün istifadəyə verildiyi müəyyən edilmişdir. Məhkəmə "xxxx" MMC-nin direktrou X2 AR İXM-nın 253-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsinin xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilməməsinə və “X1” AR Qanununun 3-cü maddəsinə istinad edərək AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibi və inzibati xəta hadisəsi olmadığı üçün işin icraatına xitam verilməsi barədə xahişini əsassız sayaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMK DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1.15 ha torpaq sahəsinin X5 xüsusi mülkiyyətinə verildiyi və həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 18 girişli, 7 mərtəbəli bina Abşeron RİH tərəfindən xx.xx.2019cu il tarixli, 582 saylı sərəncam verildiyi, ərazidə 9 ədəd binanın əvvəlki illərdə sakinlər üçün istifadəyə verildiyindən yuxarıda sadalanan qanunların tətbiq edilməsi qanunauyğun sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 253-1.2.1, 275.1.1-cü maddələrinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. O, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsində apelyasiya şikayətinə baxılarkən kompleksin həyətyanı ərazisində yeni salınmış parkda mövcud olan ağacların “Rahat Nəfəs yaşayış kompleksinin əməkdaşları tərəfindən çıxarılmasına onun göstəriş verdiyini bildirmişdir .(video görüntüyə bax) İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin direktoru X4 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 275.1.1-cü maddələri ilə düzgün tövsif olunmuş və törətdiyi inzibati xətaya görə barəsində düzgün inzibati tənbeh tətbiq edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 253-1.2.1 və 275.1.1-cü maddələrinin tələbini pozduğuna görə qanuni olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə şikayətə baxan zaman aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Yaşıllıqların götürülməsi” Qaydasının 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2.“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X7sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X7sının obyekti olan və X7sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3.-cü maddəsinə əsasən bu qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən, X7sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X7sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4.-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X11 Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-997/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-997/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver