Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-997/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 19 iyun noyabr 1972-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ayan MMC-nin direktoru vəzifəsində işləyən, Abşeron rayonu, Ceyranbatan qəsəbə ə/d, ceyanbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 3, mənzil 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala, icra işi ilə birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2 (012)-627 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə "xxxx" MMC-dən alınaraq geri qaytarılmalıdır. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tərəflərə göndərilmiş, borcluya dəfələrlə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, icra sənədində göstərilən tələbin icrasını təmin etməmişdir. Bu barədə barəsində əvvəlki dövrdə də, protokol tərtib edilmiş, lakin məhkəmə tərəfindən protokol üzrə icraata xitam verilmişdir. Bundan sonrakı dövrlərdə də, borcludan icra sənədi üzrə öhdəliyinin icrası tələb edilmiş, lakin o həmin texnikaları təqdim etməyə etiraz etməsə də, onları işlək vəziyyətə gətirməmişdir. Bununla da o, icra sənədi üzrə öhdəliyini icra etməmiş, qərəzli olaraq məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2 (012)-627 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun istifadəyə tam yararlı vəziyyətdə geri qaytarılmasına dair icra sənədi ilə tanışdır. Hətta əvvəllər barəsində məhkəmə qətnaməsini qərəzli icra etmədiyi əsas gətirilərək protokolla məhkəməyə müraciət edilmiş, apellyasiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmişdir. O, həmin əmlakları qaytarmaqdan imtina etmir, hətta bu barədə icra məmuruna həm yerli baxış zamanı, həm də, ifadələrində fikrini bildirmişdir. Əmlakların yararlı vəziyyətə gətirilməsi ilə bağlı isə bu maliyyə tələb edən məsələ olduğu üçün, hesab edir ki, tərəflər mütəxəssis iştirakı ilə bu məsələləri öz aralarında həll edə bilərlər. Zaman keçdikcə texnikalar saxlandığı şəraitdə keyfiyyətini daha çox itirir ki, bu da onun məsuliyyət dairəsinə daxil edilməməlidir. Belə ki, o heç vaxt əmlakların götürülməsinə etiraz etməmişdir. Qeyd olunanların və apelyasiya məhkəməsinin mövqeyinin nəzərə alınmasını, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə tələbkar Zərərçəkmiş şəxs Nurəddin oğlu məhkəmə prosesində öz ifadəsində bildirdi ki, qanuni qüvvəsini almış, hər kəs üçün icrası məcburi olan məhkəmə qətnaməsinə əsasən “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatorun istifadəyə tam yararlı vəziyyətdə ona geri qaytarılmalıdır. Lakin uzun müddət keçsə də, məhkəmə qətnaməsi borclu tərəfindən icra edilməmiş, bu isə onun qanuni maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qətnaməsinin icrası, əmlakların tam işlək vəziyyətdə geri qaytarılmasını tələb edir. Bununla yanaşı məsələnin qanuna uyğun şəkildə həll edilməsi üçün danışığa da hazır olduğunu ifadə edərək əks halda borclu barədə sərt tədbirlər görülməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-627 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə "xxxx" MMC-dən alınaraq geri qaytarılmalıdır.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-627 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə bağlı xx.xx.2024-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlama haqqında qərar və bildiriş qəbul edilmişdir.
3. Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavatora baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir.
4. Əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 12 iyul 2024-cü il tarixli hesabatnda olan rəyə əsasən texnikalar işlək vəziyyərdə olmadığı, Schimtz markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı, Schimtz markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı, ekskavator təkərləri və matorları yararsız, eyni zamanda işlək olmadığı üçün qiymətləndirmə həyata keçirilməmişdir.
Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını, icra işindəki sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olması öz təsdiqini tapmır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2 (012)-627 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs Nurəddin oğluna məxsus “Schmitz” markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “Schmtz” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqular və AZ 10V-789 dövlət qeydiyyat nişanlı, XCMGXNWZ74180 markalı ekskavator istifadəyə tam yararlı vəziyyətdə "xxxx" MMC-dən alınaraq geri qaytarılmalıdır. İcra məmuru tərəfindən apelyasiya məhkəməsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olmuş hallar aradan qaldırılmadan protokol tərtib edilərək yenidən məkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, həmin halların aradan qaldırılması ilə icra sənədinin icrasına nail olmaq və ya icra sənədinin icrasından borclunun qərəzli yayınıb yayınmadığını müəyyən etmək mümkün olar. Hazırkı vəziyyətdə əmlakların istifadəyə yararsızlığının nədən ibarət olması, həmin halların aradan qaldırılması xərcləri, aradan qaldırılmasının mümkün olub olmamasını müəyyən etmək mümkün deyildir. Belə halda borclunun icra sənədi üzrə öhdəliyinin icrasını qərəzli olaraq təmin edib etməməsinə də obyektiv qiymət verilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, qərəzli olaraq yayınma və qətnamənin icrasını qəsdən təmin etməmə hərəkətlərinin olması sübuta yetirilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki halda borclunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53,55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov