Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-999/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 aprel 2022-ci ildə onun barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin əməkdaşı X4 tərəfindən AR İXM-nin 244.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək MN N ******* saylı qərarla 600 manat cərimə tətbiq edilmişdir. Həmin protokolda göstərilir ki, onun tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 0,03 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi ev inşa edilməklə əsaslı tikinti işləri aparılmış, torpağın münbit qatı korlanmışdır. İnzibati protokolu tərtib etmiş və qərarı qəbul etmiş şəxs heç bir araşdırma aparmadan, evin kim tərəfindən inşa edildiyini aydınlaşdırmadan, ona tərtib edilmiş qərar barədə məlumat vermədən belə bir qərar qəbul etmişdir. Yalnız icra məmuru çağırarkən qərar barədə məlumatı olmuşdur. Göstərilən torpaq sahəsini xx.xx.2020-ci ildə alqı-satqı yolu ilə almışdır. Torpağı alarkən həmin sahədə inşa edilmiş ev olmuşdur. Ev təxminən 5 il bundan öncə torpağı ona satan şəxs tərəfindən inşa edilmişdir. Təəssüflər olsun ki, səlahiyyətli şəxs göstərilən faktları araşdırmadan qərar qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə prosesində X5 şikayətlə eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron Ərazi şöbəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, tərəflərin etibarnamə üzrə nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, keçirilmiş baxış nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 mülkiyyətinə verilmiş və Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfat təyinatlı əkin sahəsində tikinti işləri aparmaqla torpağın münbit qatını korladığı aşkar edildiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN seriyalı, ********** nömrəli çıxarışının surətindən görünür ki, həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş və əkin məqsədli istifadə növü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının 4-cü maddəsinə əsasən məqsədli istifadəsinə və hüquqi rejiminə görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqlar daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yuxarıdakılara əsasən hesab edirəm ki, X5 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 244.2-ci maddəsilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2.-ci bəndinə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq olduğundan orada təyinata uyğun olmayan tikinti işlərinin aparılmasını yolverilməz hesab edir və torpağın kateqoriyası dəyişdirildikdən sonra orada hər hansı tikinti işlərinin aparılması mümkün ola bilər. Buna görə də X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsi ilə ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron Ərazi şöbəsinin tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsi ilə ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-999/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-999/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver