Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-999/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Altunitdağ qəsəbəsi ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ qəsəbəsi, 28 May qəsəbəsi, “ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs etibarnamə əsasında idarə etdiyi Saipa markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Müşfiqabad qəsəbəsinə gedərkən Bakı-Şamaxı- Yevlax yolunun 16,5-ci kilometliyinə çatdıqda avtomobili orta zolaqda saatda 70-80 km/sürətlə hərəkətdə olarkən, nəqliyyat vasitəsini yolda müəyyən olunmuş sürət məhtudiyyətindən (60 km/saat sürətdən) çox olan sürətlə idarə edərək təhlükə yarandığım gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək qarşıda sağ zolaqda X6 idarə etdiyi özünə məxsus olan Opel Vektra markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozaraq dayandığı yerdən sola doğru saatda təxminən 5 km/sürətlə dönmək istəyərkən, Opel Vektra markalı avtomobilin ön sol hissəsi ilə Saipa markalı avtomobilin sağ yan hissəsi arasında hərəkət hissənin sağ kənarından sola doğru 4,7 metr məsafədə toqquşma baş vermişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış və idarənin təhqiqatçısı, polis mayoru X7 tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Saipa markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, Opel Vectra markalı ** BN *** dvlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq toqquşmaya səbəb olduqlarından və nəticədə sərnişinlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X1 Yüngül dərəcəli bədən xəsarətlər aldıqları üçün onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü taksi fəaliyyəti ilə məşğul olur, hadisə baş verən zaman da xəsarət alan sərnişinlər onun maşınında olmuşdurlar. Hərəkətdə olan zaman qarşısında 114 nömrəli avtobus və “Opel” markalı avtomobil var idi və o, dönmə işığını yandırıb digər zolağa keçmək istəyən zaman “Opel” markalı avtomobil də həmin zolağa çıxdı. Bu zaman idarəetməni itirmiş və nəticədə hadisə baş vermişdir. Sonda baş vermiş hadisədə özünü təqsirli bilməyərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 08 mart 2025-ci il tarixdə 20 Yanvar Metrosu yaxınlığında qızı Zərərçəkmiş şəxs3 ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Şəxs avtomobilinə əyləşmişdir. Avtomobilə oturan zamandan o, avtomobili sürətli sürmüş və bununla bağlı ona dəfələrlə irad bildirmişdir. Bu zaman Elcan ona qaynanasıgilə gedəcəyini və onu gözlədiklərini bildirmişdir. Hərəkətdə olan zaman avtomobili sürətli sürürdü. Hadisə baş verən zaman digər avtomobilin onların olduğu avtomobili necə vurduğunu görməmiş, lakin avtomobil yan tərəfə dəyərək 3 dəfə fırlandığını bildirmişdir. Şəxs şikayətçi olduğunu bildirərək onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. 08 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, taki fəaliyyəti ilə məşğul olan Elcanın avtomobilinə oğlu Ramin Hüseynovla əyləşmişdir. Hadisə baş verən zaman mobil telefona baxdığından hadisənin hansı səbəbdən baş verdiyini görməmiş, lakin digər avtomobilin təqsiri ilə baş verdiyini, hazırda Şəxs şikayətçi olmadığını bildirdi. Məhkəmə iclaısna dəvət edilmiş, lakin iştirak etməyən Zərərçəkmiş şəxs3 İbrahim qızı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, hazırda Şəxs şikayətçidir və onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görülməsini xahiş edir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəlqiyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş video-görüntüyə baxış keçirilmiş və həmin video-görüntüdə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27.06.2024-cü il tarixli, BD seriyalı, 122394 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1,B,C1,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəlqiyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın icra edilməsi üçün BDYPİ-nin YPXA-na göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübə və X5 rayon şöbəsinin 27 mart 2025-ci il tarixli, 502 nömrəli rəyinə əsasən 1975ci il təvəllüdlü T.H.Hüseynovanın bədən səthində aşkar edilmiş xəsarətlər – sağ aşıq-baldır oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağı nahiyəsinin hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər: qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübə və X5 rayon şöbəsinin 27 mart 2025-ci il tarixli, 520 nömrəli rəyinə əsasən 1999cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər – sol çiyin qurşağı, sol sağrı və sağ diz nahiyələrinin geniş sahəli qançırları, sol çiyin qurşağı və sol diz oynaqlarında hərəkət məhdudluğu ilə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər: qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübə və X5 rayon şöbəsinin 07 aprel 2025-ci il tarixli, 521 nömrəli rəyinə əsasən 1976cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının cırılmış yarası, baş-beyin sirkələnməsi, döş qəfəsi, qarın, diz oynağə nahiyələrinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər: qərarda qeyd olunan müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 08 mart 2025-ci il tarixli, 2/13405 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri əks olunduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi, inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır, keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, zərərçəkmiş şəxsin ifadəsi,hadisə yerinin sxemi və təqdim olunmuş videogörüntü ilə uyğunluq təşkil etmir. Məhkəmə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edərkən inzibati xətanın xarakterini, xəta törədən şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə islah etməyin mümkün olduğunu nəzərə alaraq, ona nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə nəzərdə inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaq növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-999/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-999/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver