Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-10/2025 24.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, "xxxx" MMC-nin vəzifəli şəxsi (direktoru) xx xxxxxxx 1980-ci ildə Ağdərə rayonu, Xatınbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan və Ağdam rayonu, Baharlı-1 qəsəbəsi, ev 227-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala 24 yanvar 2025-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ağdam rayonu Baharlı qəsəbəsi ev 227-də yerləşən "xxxx" MMC (VÖEN **********)-nin direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-56938/2024 nömrəli məktubunda nəzərdə tutlmuş tədbirləri görülməmişdir. Qeyd olunan qərarın məzmununa görə Şəxs Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi nümayəndəsinin iştirakı təmin edilməmiş, Şəxs iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində görə Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 529.1-1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC-nin vəzifəli şəxsi (direktoru) Şəxs Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-10/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-10/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver