Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-104/2024 14.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Bağbanlar kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun xx.xx.2023-cü il tarixli qərarı ilə bir icraatda birləşdirilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 2000 (iki min) ABŞ dolları cərimə edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli və həmin Məcəllənin 430.4-cü maddəsi ilə 1065 (min altmış beş) ABŞ dolları 64 (altmış dörd) sent cərimə edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli qərarlarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, maddi imkanı olmadığından qərarları icra etməmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023cü və xx.xx.2023-cü il tarixli qərarları ilə müvafiq olaraq 2000 və 1065,64 ABŞ dolları cərimə edilmişdir. İcra sənədi xx.xx.2023-cü ildə onun icraatına daxil olmuşdur. Cəriməni ödəmək üçün Şəxs dəfələrlə Ağdam Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş, lakin cəriməni ödəməkdən qərəzli olaraq yayınmışdır. Şəxs adına elektron sistemdə hər hansı bir əmlak və pul aşkar olunmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Ə.Ə.Quiyevin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə əsasən Şəxs həmin Məcəllənin 430.4-cü maddəsi ilə 2000 (iki min) ABŞ dolları və 1065 (min altmış beş) ABŞ dolları 64 (altmış dörd) sent cərimə edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qərarlarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində iki yüz iyirmi saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 2000 (iki min) ABŞ dolları və 1065 (min altmış beş) ABŞ dolları 64 (altmış dörd) sent cərimə edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qərarlarının icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-104/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-104/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver