Məhkəmə qərarları › İş №3(013)-107/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-107/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-107/2025 05.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 13 yanvar 2025-ci ildə saat 11 radələrində Ağdam rayonunun Alıbəyli kəndində Zərərçəkmiş şəxs iki yüz manat məbləğində əmlakını dələduzluq yolu ilə talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımış və sonuncu ona şəxsiyyət vəsiqəsini verərək adına pul götürməsini xahiş etmişdir. Mehribanın adına 200 manat pul götürmüş və həmin pulları Mehribana verməmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və dəymi ziyanı gələcəkdə ödəyəcəyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs tanıyır. Mərdandan kredit götürməsində ona köməklik etməsini xahiş etmiş və özünə məxsus şəxsiyyət vəsiqəsini Mərdana vermişdir. Sonradan ona məlum olmuşdur ki, Mərdan onun adına 200 manat kredit götürərək ona verməmiş və hazırda həmin məbləğin üzərinə fazilər gəlmişdir. Dəymiş ziyan ödənmədiyindən şikayətçi olduğunu qeyd etməklə Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxs F.Zərərçəkmiş şəxs izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, otuz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 05 fevral 2025-ci il saat 10:55-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar