Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-108/2024 27.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Vİİİ tağım yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.1967-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan, Bərdə şəhəri Füzuli küçəsi təzə məhəllədə yerləşən evdə yaşayan X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: N.M.Əzimov rayon məhkəməsinə şikayət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. N.M.Əzimov məhkəmədə şikayətini müdafiə edərək göstərmişdir ki, 27 yanvar 2024-cü ildə Vİİİ Tağım yol patrul xidməti inspektoru X4 tərəfindən onun barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 04 fevral 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 540 manat cərimə edilmişdir. İdarə etdiyi «KAMAZ» yük markalı ** BO *** nömrəli avtomobildə 14971 kiloqram çəkidə mal olmuşdur. Qaradağ postunda avtomobili çəkilərkən 25 ton olmadığı məlum olmuşdur. Yol patrul xidməti inspektoru onun avtomobilində qeyri obyektiv olaraq artıq yükün olmasını yazmışdır. Yol patrul xidməti inspektorunun hadisə yerinə hal şahidlərini dəvət etmədiyini qeyd etməklə şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Vİİİ tağım yol patrul xidməti inspektoru X2 məhkəmədə izahat verib göstərmişdir ki, 27 yanvar 2024-cü ildə Natiq Əzimovun barəsində inzibati xəta haqqında protokol yazmışdır. Natiqin məhkəməyə təqdim etdiyi protokolda onun tərtib edən şəxsin səhvən Natiq Cəfərov olması yazılmışdır. Yevlax postunda «KAMAZ» yük markalı ** BO *** nömrəli avtomobilin çəkisinin 26750 kq olması məlum olmuşdur. Bu səbəbdən Namiqin barəsində qanunvericiliyin tələblərinə riayət olunmaqla protokol tərtib etdiyini qeyd etməklə şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, N.M.Əzimovun şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı dəyişdirilməməlidir. İşə baxılarkən məlum olduğu kimi N.M.Əzimov «KAMAZ» yük markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2024-cü ildə saat 08:10-da Bakı- Qazax avtomobil yolunun 281-ci km 722 saylı postunda çəkisi ölçülərkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi aşkar olunmuş və bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilmişdir. Həmin maddə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin saknsiyasında fiziki şəxslər altı yüz manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Göstərilən səbəbdən N.M.Əzimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı qanuni və əsaslı olmuş, səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin tərəzui məntəqəsinin məlyumatından görünür ki, N.M.Əzimovun idarə etdiyi «KAMAZ» yük markalı ** BO *** nömrəli avtomobilin çəkisi xx.xx.2024-cü ildə saat 08:28-də 26750 kq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrlərinin 4-cü hissəsinə əsasən üçoxlu avtomobil hesab edilən «KAMAZ» yük markalı nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 25 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarından X3 verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-108/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-108/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver