Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-11/2025 18.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ağdam rayonu Baharlı qəsəbəsi ev 227-də qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına xx.xx.2024-cü ildə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-1.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-11/2025 saylı qərarı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)- 11/2025 saylı qərarından apelyasiya şikayəti verərək Şəxs MMC-nin direktoru X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)- 307/2025 saylı qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)- 11/2025 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-11/2025 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-307/2025 saylı qərarında göstərilmişdir ki, Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 23 avqust 2024-cü il tarixli 3-17-5/2-56938/2024 saylı məktubda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Şəxs MMC-nin direktoru Y.Balakişiyev barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair 07 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi bildirilir, həmin qərarın icra olunub-olunmaması barədə məlumat istənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunda vəzifəli şəxs Yaşar Balakişiyev tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar həmin idarənin 23 avqust 2024-cü il tarixli, 3-17-5/2- 56938/2024 saylı məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsinə görə Y.Balakişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab etmişdir ki, Şəxs MMC-nin vəzifəli qəxsi kimi Yaşar Balakişiyevin inzibati xəta törətməsi faktı öz təsdiqini tapmır. Ona görə də Şəxs MMC-nin vəzifəli şəxsi olaraq onun barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərarında ona istinad etmişdir ki, hazırkı protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş 07 yanvar 2024- cü il tarixli qərarın əsasında tərtib edilmiş, həmin qərar isə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 nömrəli qərarından apelyasiya şikayəti verilmiş və qərar mübahisələndirilmişdir. Beləliklə, məhkəmə qərar qəbul edərkən qanuni qüvvəyə minməmiş başqa məhkəmə qərarına istinad etmiş, həmin qərar isə hazırda mübahisələndirildiyindən məhkəmənin mövqeyi hüquqa zidd olmuşdur. Apelyasiya məhkəməsi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək belə hesab etmişdir ki, Ağdam rayonu Baharlı-1 Qəsəbəsi ev 227-də qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-11/2025 saylı qərarın qəbul olunarkən əsaslandığı Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 nömrəli qərarından apelyasiya şikayəti verilmiş və qanuni qüvvəyə minməmiş başqa məhkəmə qərarına istinad olunmaqla inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Apelyasiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Odur ki, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmalıdır. Qeyd olunanlara əsasən apelyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış, işə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan baxaraq qərar qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qənaətinə gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-1.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 19.12. 2024-cü il tarixli MN ******* saylı protokolu və əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki, vəzifəli şəxs X3 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar İdarənin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 56938/2024 saylı məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsinə görə Y.Balakişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Həmin maddənin sanksiyasında vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs MMC-nin barəsində tərtib edilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan hüquqi şəxsin deyil, onun rəhbəri Yaşar Balakişiyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Y.B.Balakişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Yaşar Balakişiyev sözügedən qərardan məhkəməyə şikayət etmiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 saylı qərarı ilə X1 verdiyi şikayət təmin edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, dörd min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-252/2025 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından Y.B.Balakişiyevin verdiyi şikayətə yenidən Ağdam Rayon Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 saylı qərarı ilə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarındən verdiyi şikayət təmin edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, dörd min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-250/2025 saylı qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Ağdam Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(013)-11/2025 saylı qərarı qəbul edərkən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-307/2025 saylı qərarında göstərilən halları araşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ağdam rayonu Baharlı qəsəbəsi ev 227-də qeydiyyatda olan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 19 dekabr 2024-cü il tarixli MN ******* saylı protokolu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-11/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-11/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver