Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-110/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş material məhkəmənin icraatına daxil olmuşdur. Baş Prokurorluğun CTKİ İdarəsinin rəisi, İİİ dərəcəli ədliyyə müşaviri X4 xx.xx.2025-ci il tarixli Qərarı ilə Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunur ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs /direktor/ X2 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan Şahid2 2024-cü ilin oktyabr ayının əvvələrindən həmin ilin noyabr ayının ortalarınadək fəhlə işlərinin görülməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmənin 14 iyul 2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi, Ağdam Rayon Prokurorunun köməkçisi X1 MMC barədə qəbul edilmiş qərarı müdafiə etdi, MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Ehtiram Məmmədovun iş materiallarında olan izahatında o, göstərmişdir ki, Şahid2 müraciəti ilə tanış olmuşdur. Qeyd edir ki, "X6" MMC-nin həm təsisçisi, həm də direktorudur. MMC xx.xx.2024-cü il tarixdə ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. MMC-nin əsas fəaliyyəti tikinti və təmir işlərinin görülməsindən ibarətdir. Şirkət yaradıldığı vaxtdan "xxxx" ASC ilə bağladığı podrat müqaviləsi əsasında Ağdam rayonu ərazisində 2 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisini "X6" MMC həyata keçirir. Tikinti işlərinin əksəriyyəti MMC ilə əmək müqaviləsi bağlayan işçilər tərəfindən görülmüşdür. Bununla yanaşı tikintidə beton işlərinin görülməsini xidmət müqaviləsi bağlayaraq briqadirə tapşırmışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində briqadir kimi Şahid1 ilə xidməti müqavilə bağlamış, işlər görüldükdən sonra işlərin pulunu və işçilərin əmək haqlarını briqadirin hesabına köçürmüşdür. Şahid2 2024-cü ilin dekabr ayının sonlarında ona zəng edərək 47 gün binanın tikintisində işlədiyini, Şahid1 tərəfindən ona əmək haqqı verilmədiyini bildirmişdir. Şahid2 onu tanımadığını, şirkətlə heç bir əmək müqaviləsinin bağlanmadığını, əmək haqqının Şahid1 tələb etməsini ona bildirmişdir. Bundan sonra Şahid1 zəng edərək bu məsələ barədə maraqlandıqda o, Şahid2 işlərə fəhlə kimi özünün cəlb etdiyini, lakin pulunu hələ verə bilmədiyini bildirmişdir. Ağdam rayonu ərazisində aparılan tikinti işlərində Cəmiyyətin 18 işçisi olub. Həmin şəxslərlə cəmiyyət arasında əmək müqaviləsi bağlanmışdır. Bundan başqa briqadirin də işlərə cəlb etdiyi bir neçə şəxslər olmuş, lakin həmin şəxslərlə MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Şahid2 tanımamış, xidməti müqavilə əsasında tikintidə beton işlərinin görülməsini briqadirə tapşırmış, briqadir də bu işlərin görülməsinə bir neçə şəxsi cəlb etmişdir ki, onlardan biri də Şahid2 olmuşdur. Cəmiyyətlə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərin və briqadirlərin özünün işə cəlb etdiyi işçilərin əmək haqlarını briqadir müəyyənləşdirmişdir və hesablamışdır. İşlər görüldüyü müddətdə mütəmadi olaraq işçilərə əmək haqqının verilməsi üçün briqadirin hesabına pulları köçürmüdür, briqadir isə həmin pulu işçilərə nağd formada vermişdir. Məhkəmənin 14 iyul 2025-ci il tarixli iclasında hüquqi şəxs Şəxs MMC-nin direktoru Ehtiram Məmmədov əlavə olaraq göstərdi ki, "X6" MMC-nin həm təsisçisi, həm də direktorudur. MMC tikinti işləri görür. Şahid1 binanın 2 mərtəbəsində işlər görüb. Şahid1 ilə "X6" MMC arasında işlərin görülməsi ilə bağlı 25 oktyabr 2024-cü ildə subpodrat müqaviləsi bağlanıb və işlərin görülməsi Şahid1 tapşırılıb. Bakı şəhərində olduğu üçün əraziyə tez-tez gəlib-gedə bilməmiş, bu səbəbdən də işləri Şahid1 aparıb. Şahid1 kvadrat metri 15 manatdan olmaqla 700 kvadrat metrdə işlər görməli idi. Şahid1 2024-cü ilin oktyabr ayından dekabr ayınadək işlər görüb. Şahid1 işləri gecikdirib, 15 günə görüləsi işi 45 günə görüb. Şahid1 işçiləri özü işə gətirmiş, onları işlətmiş, pullarını da özü ödəmişdir. Şahid1 2024-cü ilin dekabr ayının 27-də 12.400 manat pul vermişdir. Həmçinin Şahid1 tapşırmışdır ki, qeydiyyata alınmadan, müqavilə bağlamadan işlərə heç kimi cəlb etməsin. Şahid2 tanımır, onu hər hansı işlərin görülməsinə cəlb etməyib. Hazırda MMC-nin ərazidə işləyə 8 nəfər işçisi var. Ona görə də barəsində aparılan icraatı qanunsuz hesab edir. Şahid qismində izahat vermiş Şahid1 iş materiallarında olan izahatında o, göstərmişdir ki, Şəxsndə 18 oktyabr 2024-cü ildə qəlibçi kimi işə başlamışdır. Ağdam Rayonu ərazisində inşa edilən 5 mərtəbəli yaşayış binasının tikintisində beton işləri görmüşdür. MMC-də işə başlayarkən Şahid2 orada fəhlə kimi işləmişdir. İşə başladıqdan sonra MMCnin direktoru E.Məmmədov ona bir neçə sənədlərə imza etdirmişdir. Ehtiram Məmmədovla razılaşmışlar ki, özü tez-tez gələ bilmədiyi üçün fəhlələrin pullarını ona göndərəcək, pulları paylasın. İşlər görüldükcə Ehtiram Məmmədov pulları onun kartına atmış, o, da fəhlələrin pullarını vermişdir. Lakin 2024-cü ilin dekabr ayında Ehtiram Məmmədov işçilərin pullarını vermədiyi üçün bir çox işçi, həm də özü və Şahid2 işdən çıxmışlar. X7 Vəlizadə ilə bağlı onunla heç bir danışıq aparmamışdır. Heç kimi özbaşına işlərin görülməsinə cəlb etməmişdir. Ehtiram Məmmədovun tapşırığı ilə işçi tapmış, bu barədə Ehtiram Məmmədova məlumat vermişdir ki, sənədləşmə işləri aparsınlar. Heç kim ilə əmək müqaviləsi bağlamamışdır. Şəxs MMC-nin işçilərdən kimlərlə müqavilə bağlamasından məlumatı yoxdur. Məhkəmənin 07 iyul 2025-ci il tarixli iclasında Şahid1 əlavə olaraq göstərdi ki, qəlib işləri ilə məşğuldur. Qadir adlı şəxs onu işlərin görülməsinə cəlb edib, sonra MMC rəhbəri Ehtiram Məmmədov gəlmiş, işlərin görülməsi ilə bağlı razılaşmışlar. Bir neçə gün keçmiş Ehtiram Məmmədov ona hansısa kağızlara imza etdirmişdir, bildirmişdir ki, bu kağızlar təhlükəsizlik məsələləri ilə bağlıdır. Şəxs MMC-də 2 ay 15 gün işləmişdir. Ehtiram ona fəhlələr üçün günü 80 manatdan pul verməli idi. İşlərin görülməsinə 40 nəfər şəxsi cəlb etmiş, bu barədə Ehtiram Məmmədovu məlumatlandırmışdır. Ehtiram Məmmədov ona cəmi 13.000 manat pul verib, 5700 manatı isə verməyib. Fəhlə kimi işlətdiyi şəxslər onu tanıdıqlarını bildirdiklərindən məcbur qalıb 1300 manat, 700 manat kredit götürərək fəhlələrin pullarını özü qismən ödəyib. MMC-də işə başlayarkən Şahid2 orada işləyirdi, yəni Cəlal MMC-də ondan əvvəl işə başlamışdır. Ehtiram Məmmədov pul vermədiyi üçün Cəlala 990 manat veriləsi əmək haqqından cəmi 210 manat pul verib. Cəlaldan başqa da 5-6 nəfər fəhlənin pulları ödənilməmiş qalıb. Özü Cəlalı cəmi 33 gün işlədib. Cəlalı həmin işlərə kimin dəvət etməsini bilmir. Fəhlələri işə dəvət edərkən bu barədə Ehtiram Məmmədova məlumat verib. Ehtiram Məmmədov çoxlu sayda fəhlələrin işlədiklərini bildiyi halda onlarla müqavilə bağlamayıb. Ehtiram Məmmədovun fəhlələrə veriləsi 10.000 manat borcu qalır. Məhkəmənin 14 iyul 2025-ci il tarixli iclasında şahid qismində dəvət edilmiş Şahid2 göstərdi ki, Ağcabədi Rayon Kəbirli kəndinin sakinidir. Onu işğaldan azad edilən ərazilərdə işlərin görülməsinə Şahid1 dəvət edib, razılaşmışlar ki, günü 30 manatdan əmək haqqı veriləcək. 47 gün tikintidə işləyib, ona 1410 manat əmək haqqı verilməlidir. Ondan başqa 7-8 nəfər fəhlənin də pulları verilməyib. Xətai onun pullarını verməyib, bu gün-sabah verəcəyini bildirib, lakin bu günə kimi də pulunu verməyib. MMC rəhbərliyindən heç kimi tanımır. Pulunun ödənilməsini tələb edir. Hazırkı iclas barədə tərəflər məlumatlı olsalar da məhkəmə prosesinə gəlməmişlər, məhkəmə İXM-nin 61-ci maddəsinin müddəaları baxımından işin baxılmasını və qərarın qəbul edilməsini mümkün bilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hələ bundan əvvəl Ağdam Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli Qərarı olmuş, həmin Qərarla Şəxs MMC 2200 manat cərimə edilmişdir. Şəxs MMC-nin həmin Qərardan verdiyi şikayət əsasında Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsi işə baxmış, həmin məhkəmə 10 aprel 2025-ci il tarixli Qərarı ilə Ağdam Rayon Məhkəməsinin sözügedən Qərarını ləğv etmiş, iş yenidən araşdırılması üçün Ağdam Rayon Məhkəməsinə qaytarılmış, həmçinin yuxarı məhkəmə tərəfindən hazırkı iş üzrə bəzi məsələlərin araşdırılması 1-ci instansiya məhkəməsinə tapşırılmışdır. Yuxarı məhkəmənin qərarında qeyd olunan göstərişlərə müvafiq olaraq iş üzrə əlavə araşdırmalar aparılmış, barəsində icraat aparılan şəxs, şahidlər dindirilmişdir. Yuxarı məhkəmə instansiyasının göstərişləri əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, Şəxs MMC ilə şikayətçi Şahid2 aralarında hər hansı əməkdaşlıq olmamışdır. Şəxs MMC ilə Şahid1 aralarında /subpodratçı/ işlərin görülməsi ilə bağlı 25 oktyabr 2024-cü ildə subpodrat müqaviləsi bağlanıb. Müqavilənin 2.4.8-ci bəndindən görünür ki, "SUBPODRATÇİ" işlərin yerinə yetirilməsinə cəlb etdiyi işçilərə əmək müqaviləsinin bağlanılmasına, onlara əmək haqlarının, DSMF ödənişlərinin və sair tutulmaların ödənilməsinə görə özü cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC ilə Şahid2 aralarında hər hansı sövdələşmə olmamış, Şahid2 MMC rəhbərliyini tanımır, onlarla hər hansı danışıqlar aparmayıb. Məhkəmə müəyyən etdi ki, Şahid2 "X6" MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmiş, Şahid2 müqavilə üzrə subpodratçı Şahid1 tərəfindən işlərin görülməsinə cəlb edilmiş və onunla hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək belə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiqini tapmır, bu səbəbdən də həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilməlidir. Qeyd olunan Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyirinə həll edilir. Sözügedən Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 53.0.9, 105.1, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə araşdırması aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-110/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-110/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver