Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-112/2024 19.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Agdam RPŞ-nın DYPB Yol Patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə xx xxxxxx 1997-ci ildə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu Quzanlı kəndində ünvanda qeydiyyatda olan və Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 19 fevral 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, X5 21 dekabr 2023-cü il tarixdə Agdam rayonu, Quzanlı qəsəbəsi ərazisində idarə etdiyi Ravon R4 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan X6 vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Agdam RPŞ-nın DYPB inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 21 dekabr 2023-cü il tarixdə Agdam rayonu, Quzanlı qəsəbəsi ərazisində idarə etdiyi Ravon R4 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, sərxoş olduğu üçün belə hərəkətlərə yol verdiyini, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı EəAbdullayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X5 barəsində cinayət işinin başlanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağdam RPŞ DYPB-yə göndərilməsi qərara alınmışdır. Agdam Rayon Yol Patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş 16 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 21 dekabr 2023-cü il tarixdə Agdam rayonu, Quzanlı qəsəbəsi ərazisində idarə etdiyi Ravon R4 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı X3 inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə iş materiallarına əsasən X3 inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1ci maddəsinin sanksiyası həddində, yəni inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-112/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-112/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver