Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-113/2024 19.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, Laçın rayonunun Qarıkaha kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 18 fevral 2024-cü ildə saat 09 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Ağdam rayonunun Təzəkənd kəndində qurulmuş posta gələrək rayonun işğaldan azad edilmiş hissəsinə keçmək istəmiş, orada xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onu idarə etdiyi «Mercedes Vario» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə işğaldan azad olunmuş əraziyə buraxmadıqda təkidlə işğaldan azad edilmiş əraziyə keçmək istəyərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, işğaldan azad edilmiş ərazidə sürücü işləməklə həmin yerlərə getmək icazəsi olmuşdur. 18 fevral 2024-cü ildə saat 09 radələrində Ağdam rayonunun Təzəkənd kəndində polis postunu keçmək istəyərkən polis əməkdaşları ona idarə etdiyi «Mercedes Vario» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin işğaldan azad edilmiş əraziyə keçmək üçün icazəsinin olmadığını demişlər. O, işinin olduğunu bildirərək Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə gedəcəyini bildirib polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşı onu intizama dəvət etmiş, o isə Ağdam rayonuna gedəcəyini bildirmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və İİ qrup əlil olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin sahə rəisi X2 göstərmişdir ki, 18 fevral 2024-cü ildə saat 09 radələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Ağdam rayonunun Təzəkənd kəndində qurulmuş posta gələrək rayonun işğaldan azad edilmiş hissəsinə keçmək istəmiş, orada xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onu idarə etdiyi «Mercedes Vario» markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobillə işğaldan azad olunmuş əraziyə buraxmadıqda təkidlə işğaldan azad edilmiş əraziyə keçmək istəyərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 10:30-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü ildə saat 12:15-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, yüz əlli manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-113/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-113/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver