Məhkəmə qərarları › İş №3(013)-115/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-115/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-115/2024 19.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Agdam rayonu, Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Agdam rayonu, Mərzili kəndində qeydiyyatda olan və Agdam rayonu, Baharlı qəsəbəsi, ev 775-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 19 fevral 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 18 fevral 2024-cü il tarixdə Agdam rayonu, Əhmədagalı kəndində ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X4 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 18 fevral 2024-cü il tarixdə Agdam rayonu, Əhmədagalı kəndində ərazisində sərxoş vəziyyətdə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra vətəndaş Şəxs rayon polis şöbəsinə dəvət edilmiş, lakin o polis şöbəsinə könüllü gəlmək istəmədiyindən polis əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, sərxoş olduğu üçün belə hərəkətlərə yol verdiyini, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru X2 ifadəsində göstərdi ki, Şəxs 18 fevral 2024-cü il tarixdə Agdam rayonu. Əhmədagalı kəndində ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs rayon polis şöbəsinə gətirildi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin DYPBnin yol-patrul xidmətinin inspektoru X3 ifadəsində göstərdi ki, Şəxs 18 fevral 2024cü il tarixdə Agdam rayonu. Əhmədagalı kəndində ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 118 nömrəli arayışından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 18 fevral 2024-cü il tarixli MN №2019629 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 fevral 2024-cü il saat 16:10-dan inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 18 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar