Məhkəmə qərarları › İş №3(013)-117/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-117/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-117/2025 24.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi işləyən, Bakı şəhəri Zərgərpalan küçəsi dalan 13 ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Ağdam Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: "xxxx" ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi vəzifəsində işləyən Şəxs «Elektrik əl maşınları ümumi təhlükəsizlik tələbləri» 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci başlığının 1-ci bəndinin tələbi və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi» Əsasnamənin 4-cü bəndinin işçini tikinti sahəsində elektrik əl maşınından istifadə etməklə kəsim işlərinin görülməsinə cəlb edərək və vəzifə təlimatının 1.1, 1.2-ci ( tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqələndirmək, tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək) tələblərinə riayət etməmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarını pozmuş, nəticədə 28 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində Ağdam şəhəri ərazisində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çox funksiyalı yaşayış kompleksinin, yaşayış binalarının tikintisi layihəsi üzrə bina tikintisi zamanı həmin ASC-də qəlbçi işləyən X1 az ağır zərər vurulması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri V.H.Məmmədov məhkəmədə çıxış edərək Valeh Talıbovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib tenbeh edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Ağdam rayon prokuroru ədliyyə müşaviri Vasif Süleymanovun xx.xx.2025-ci il tarixli qərarı və digər iş materialları ilə təsdiq olunur. Onun təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, bir min beş yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar