Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-118/2024 06.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Ağdam rayonunun Zəngişalı kəndində yaşayan X1 Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.C.Cavadzadə məhkəməyə şikayət ünvanlayaraq Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarının ləğv edilməsini, X2 inzibati məsuliyyətə cəlb edilməsi və Ağdam Rayon Polis X5 Polisi Bölməsinin əməkdaşlarının intizam qaydasında cəzalandırılmaları üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq təqdimat verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən A.C.Cavadzadə şikayətini müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 15 radələrində Ağdam rayonunun Zəngişalı kəndində yol patrul xidməti inspektoru onun idarə etdiyi avtomobili saxladaraq onu zorla polis şöbəsinə gətirmişdir. Polis əməkdaşları onu hədələyərək içkili olmasını etiraf etməsini tələb etmiş, o isə qorxaraq içkili oluğunu etiraf etmişdir. Əslində içkili olmamış, polis əməkdaşları isə onu alkotesterdən keçirərək içkili olduğunu yazmışlar. Barəsində qanunsuz qərar qəbul olunduğunu qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru A.S.İmanov məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 15 radələrində Amid Cavadzadə idarə etdiyi «Mercedes Benz» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Zəngişalı kəndində hərəkət etmişdir. Həmin vaxt təhlükəsizlik remenindən istifadə etmədiyindən Amidi saxlamış və sərxoş olduğunu müəyyən etmişdir. Bu səbəbdən Amidi polis şöbəsinə gətirərək alkotesterdən keçirmiş və sonuncunun sərxoş olması təsdiq olunmuşdur. Amid Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib, dörd yüz manat cərimə edilmişdir. Qəbul etdiyi qərarın qanuni olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinib, dörd yüz manat cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, A.C.Cavadzadənin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində inzibati cərimə edilməsinə dair X2 xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, C.A.Cavadzadə xx.xx.2024-cü ildə saat 15 radələrində «Mercedes Benz» markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində inzibati cərimə edilmişdir. C.A.Cavadzadənin sərxoş vəziyyətdə avtomobil idarə etməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahatdan başqa, Ağdam Rayon Polis Şöbəsinin məhkəməyə təqdim etdiyi onun sərxoş olması barədə videoçəkilişi özündə əks etdirən bir ədəd disklə də təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət və dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarından (protokolundan) verdiyi şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Ağdam Rayon Polis X5 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X2 xx.xx.2024-cü il tarixli İXP ******* saylı qərarı (protokolu) dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-118/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-118/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver