Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-118/2025 24.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədimov Anar Təyyar oğlunun katibliyi, Ağdam Rayon Prokurorluğunun nümayəndəsi, prokurorun böyük köməkçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Ağdam Rayon Prokurorluğundan daxil olmuş, xx.xx.1969-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də Sətəm üzrə aparıcı mühəndis işləyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs - barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağdam Rayon Prokurorluğunun 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərarında göstərilmişdir ki, fiziki şəxs Şəxs "xxxx" MMC-də aparıcı mühəndis vəzifəsində işlədiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 10-00 radələrində Ağdam şəhəri ərazisindən keçən kommunikasiya xəttləri quraşdırılmasına görə qazılmış torpaq yolun hamarlaşdırılması işinin aparıldığı iş yerində işlərin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla maşın və avadanlıqların və ya onların hissə və işçi orqanlarının hərəkət etdikləri sahənin kənarlarının məhəccərlənməsini təşkil etməyib, bununla da təhlükəsizlik tədbirlərinin təmin olunması tələblərinə əməl etməməsi nəticəsində həmin vaxt "VOLVO" markalı, 01-T-672 dövlət qeydiyyat nişanlı bekaladoru idarə edərək torpaq səthində hamarlama işini görən X3 torpaq yolun nahamar qalmış yerlərini göstərən zaman ayağı torpaq səthdə olan daşa ilişib yerdə yıxılmış vəziyyətdə olarkən sonuncu tərəfindən bekaladorun ön qovuş hissəsi ilə vurulması nəticəsində sağ aşıq baldır oynağının küt travması, sağ baldır ayaq oynağının əzilməsi, gərilməsi, sağ distal qamış incik sindesmozun aralanması, aşıq daban oynağının zəif deformasiyası, hərəkət məhdudluğu xəsarətini almış, cəmiyyətdə təmir tikinti ustası vəzifəsində işləyən X4 ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağdam Rayon Prokurorluğunun nümayəndəsi X9 məhkəmə iclasında göstərdi ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, Şəxs "xxxx" MMC-də aparıcı mühəndis vəzifəsində işlədiyi müddətdə işlərin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin qaydalarına riayət edilməsini təmin etməməsi müəyyən edilmiş, 06 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərar qəbul edilmişdir. İş üzrə bütün zəruri hərəkətlər aparılmış, məhkəmə texniki təhülkəsizlik ekspertizasının xx.xx.2024-cü il tarixli RƏYin alınmışdır. Ona görə də hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan tutulan inzibati xəta tərkibi vardır. Həmin normada nəzərdə tutulan inzibati tənbehin Şəxs tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı işlə bağlı ilkin izahatında göstərdiklərini təsdiq etdi. Əlavə olaraq qeyd etdi ki, "xxxx" MMCdə əmək müqaviləsi əsasında sətəm üzrə aparıcı mühəndis işləmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Əmri ilə ona əməyin mühafizəsi və təhlükəsizlik texnikasının ciddi təşkilinin həyata keçirilməsi, əməyin təhlükəsiz icra olunması və s. kimi vəzifələr həvalə edilmişdir. Onu həmin əmrlə tanış etmişlər, əmrlə tanış olması ilə bağlı əmrin üzərinə öz imzasını çəkərək əmrlə tanış olmuşdur. Lakin hesab edir ki, hazırkı hadisənin baş verməsində özünün təqsiri yoxdur. Belə ki, hadisə zamanı zərərçəkmiş Loğman Quluzadə özü briqadirdir, məsul şəxsdir. X8 özünün təqsirindən baş vermişdir. Ərazidə müxtəlif işlər aparılır, onlarla traktor və yüzlərlə insan bir dəfəyə müxtəlif işlərə cəlb edilir. Onların hamısına eyni zamanda nəzarət etmək mümkün deyil. İlk dəfədir ki, inzibati məsuliyyətə cəlb edilir. Hesab edir ki, heç bir təqsiri yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 320 nömrəli RƏYin nəticəvi hissəsindən görünür ki, L.Quluzadənin məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ aşıq baldır oynağının küt travması, sağ baldır ayaq oynağının əzilməsi gərilməsi, sağ distal qamış incik sindesmozun aralanması, aşıq daban oynağının zəif deformasiyası, hərəkət məhdudluğu küt əşyanın (əşyaların) təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə, yəni traktorun metal hissələrinin divara sıxması nəticəsində əmələ gələ bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş məhkəmə texniki təhülkəsizlik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16 /2-10/8875 saylı RƏYin nəticə hissəsində göstərilmişdir ki, Ağdam şəhər ərazisində torpaq yolun hamarlaşdırılması işinin aparıldığı iş yerində maşın və avadanlıqların və ya onların hissə və işçi orqanlarının hərəkət etdikləri sahənin kənarlarının məhəccərlənməməsi hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə "Tikintidə təhlükəsizlik texnikası" İİİ-4-80 "Tikinti norma qaydaları"nın 2.1 və 2.11 bəndlərinin tələbləri pozulmuşdur. Ağdam şəhər ərazisində torpaq yolun hamarlaşdırılması işin aparıldığı iş yerində maşın və avadanlıqların və ya onların hissə və işçi orqanlarının hərəkət etdikləri sahənin kənarlarının məhəccərlənməsi təşkil etmədiyinə görə, "Tikinti təhlükəsizlik texnikası "İİİ-4-80 "Tikini norma və qaydalarının" 2.1 və 2.11 bəndlərinin tələbləri xx.xx.2023-cü il tarixli 32 nömrəli əmrə əsasən layihədə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının ciddi təşkilinin həyata keçirilməsinə cavabdeh təyin edilmiş "xxxx" MMCnin əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin aparıcı mühəndisi Şəxs tərəfindən pozulmuşdur. Hadisənin müvafiq texniki tərkibli tədbirlərin görülməməsi nəticəsində baş verməsini nəzərə alaraq, L.Quluzadənin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs xx.xx.2019-cü il tarixdən "xxxx" MMC-də aparıcı mühədis vəzifəsində çalışır. İcraatın başlanmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti Bakı şəhər idarəsindən "xxxx" MMC-nin işçisi X4 Araşdırma materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X11 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 32 saylı ƏMRə əsasən Ağdam şəhərində daxili yolların tikilməsi layihəsində kommunikasiya xəttlərinin çəkilməsi üzrə layihədə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının ciddi təşkilinin həyata keçirilməsinə, yerlərdə əməyin təhlükəsizlik icra olunmasına, texniki nəzarətin gücləndirilməsinə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə, əmək və icra intizamın qaydalarının yerinə yetirilməsinə Şəxs həvalə olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidməti Bakı şəhər idarəsindən "xxxx" MMC-nin işçisi X4 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcudluğunun aşkarlanması olmuşdur. İş materiallarında olan X7 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10-00 radələrində Ağdam rayon işğaldan azad edilmiş Ağdam şəhər ərazisində olan yeni tikilmiş 1 saylı məktəbin yanından gedən yola boruları yerləşdirmək üçün qazılmış torpaq səthinin düzəldirmişlər. Cəmiyyətdə işləyən Yusif Süleymanlı idarə etdiyi bekalador texnikası ilə həmin ərazini hamarlaşdırmış, özü isə piyada şəkildə nahamar qalmış yerləri göstərib onu müşayiət edirmiş. Bu zaman onun ayağı torpaq səthində olan daşa ilişmiş və yerə yıxılmışdır. Yusif isə bekaldorun həm arxa, həmdə ön hissəsinə baxdığından yıxılmağını görməmiş və artıq görüb texnikanı dayandırdıqda bekoladorun qabaq qovuşu onun sağ ayağına zərblə dəyməsi nəticəsində xəsarət almışdır. İş materiallarında olan X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10-00 radələrində Ağdam şəhər ərazisində qazılmış torpaq səthini idarə etdiyi "Volva" markalı, 01-T-672 dövlət qeydiyyat nişanlı bekalador texnikası ilə hamarlaşdırırmış, Loğman Quluzadə isə piyada şəkildə nahamar qalmış yerləri göstərib onu müşaiyət etmişdir. Bekaladoru idarə edən zaman üzü Loğman Quluzadəyə tərəf oturmuş, lakin texnikanı mütəmadi olaraq həm arxaya, həmdə qabağa idarə etdiyindən eyni vaxtda həm arxaya, həm də qabağa baxırmış, texnikanı arxaya idarə edən zaman güzgülərlə arxaya baxdığından L.Quluzadənin texnikanın qabaq qovuşuna yaxınlaşdığını görməmiş, bundan sonra artıq yenidən ərazini hamarlamaq üçün texnikanı qabağa sürəndə L.Quluzadənin texnikanın qabağında yerdə yıxılı vəziyyətdə olduğunu görmüş, lakin irəli sürmüş olduğu texnikanı dayandırsa da, texnikanın qabaq qovuşu L.Quluzdənin ayağına dəyməsi nəticəsində sonuncu xəsarət almışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Şəxs təqsirli olması məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli RƏYi, məhkəmə texniki təhülkəsizlik ekspertizasının xx.xx.2024-cü il tarixli RƏYi, işdə olan X7 və X2 izahatları ilə təsdiqini tapır. Ağdam rayon Prokurorunun köməkçisi Rəsul Nəhmətov tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və materialın hissəvi olaraq istintaq aidiyyəti üzrə göndərilməsi haqqında Qərarının surətindən də görünür ki, xx.xx.2024-cü il tarixdə L.Quluzadənin iş prosesi zamanı xəsarət alması ilə bağlı Şəxs və ya hər hansı şəxs(lər)in əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi əlamətləri olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlaməti olduğundan inzibati icraatın başlanılıb-başlanılmaması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhəbərliyəi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106-119-cu maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: Fiziki şəxs Şəxs - Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-118/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-118/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver