Məhkəmə qərarları › İş №3(013)-120/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-120/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-120/2024 21.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Saybalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 21 dekabr 2023-cü ildə saat 18 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində M.Z.Sadıqovu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək göstərmişdir ki, 21 dekabr 2023-cü ildə saat 18 radələrində qardaşı qızının idarə etdiyi avtomobildə oturub gedərkən arxadan gələn Mirtağı idarə etdiyi avtomobillə onlara siqnal verərək işıqla işarə etmişdir. Bu səbəbdən qardalşı qızı avtomobili saxlamışdır. Qardaşı qızı ilə Mirtağı arasında mübahisə yaranmış və Mirtağı onları söymüşdür. Mirtağını vurmadığını qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən M.Z.Sadıqov göstərmişdir ki, 21 dekabr 2023-cü ildə axşam vaxtı idarə etdiyi avtomobillə Quzanlı qəsəbəsində gedərkən qarşıdan gedən avtomobildən yol istəmiş, həmin avtomobil yol vermədiyindən siqnal və işıqla işarə vermişdir. Bundan sonra avtomobili keçərək kafedə düşmüşdür. Ramilə adlı sürücü avtomobildən düşərək onu söymüş, həmçinin onun avtomobilinin qabaq hissəsinə yumruqla vurmuşdur. Avtomobilin sürücüsü İlhamənin qardaşı qızı olmuşdur. İlhamə də qardaşı qızının avtomobilində olmuşdur. İlhamə ağac parçası ilə onun ayağından vurmuşdur. Bundan sonra o, avtomobilinə oturmuşdur. İlhamə avtomobilə yaxınlaşaraq onun gözünün altından yumruqla vurmuşdur. Şəxs barəsində şikayətçi olduğunu bildirərək ciddi tədbir görülməsini xahiş etmişdir. İ.M.İsmyılovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X2 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, zərər çəkmuiş şəxsin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar