Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-124/2025 12.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Saatlı rayonunun Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 13 yanvar 2025-ci ildə saat 01 radələrində Ağdam rayonunun Quzanlı qəsəbsində Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək göstərmişdir ki, Vüqar Əliyevlə 2013-cü ildə nikaha daxil olmuş və onların üç uşağı olmuşdur. Vüqar Gülnarla ona xəyanət etmiş və bu səbəbdən 2023-cü ildə boşanmışlar. 2024-cü ildə yenidən Vüqarla nikaha daxil olmuşdur. 13 yanvar 2025-ci ildə Vüqar evə gəlmədiyi üçün o, saat 01 radələrində Vüqarın ardınca Gülnarın yaşadığı Quzanlı qəsəbəsində yerləşən evə getmişdir. Vüqarın avtomobili Gülnarın evinin yanında olmuşdur. Gülnar qapını açaraq onu təhqir etmiş, o isə Gülnarı əlləri ilə vurmuşdur. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Rufanənin əri Vüqarla ər-arvad kimi yaşamışdır. 13 yanvar 2025-ci ildə saat 01 radələrində yaşadığı Ağdam rayonunun Quzanlı qəsəbsində yerləşən evdə olduğu vaxt Rufanə gələrək Vüqarın orada olub-olmamasını soruşmuşdur. Vüqarın onun evində olmadığını Rufanəyə bildirdikdə, sonuncu onu döymüşdür. Rufanə ilə barışmadığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, zərər çəkmiş şəxsin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-124/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-124/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver