Məhkəmə qərarları › İş №3(013)-129/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-129/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-129/2025 17.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İİİ qrup əlil, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu ev 462-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi X5 küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Ağdam Rayon Polis X4 Polisi Bölməsinin əməkdaşları 17 fevral 2025-ci ildə saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində VAZ-2107 markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb sürücüdən sənəd istəyərkən həmin avtomobildə olan sərnişin Şəxs polis əməkdaşları ilə mübahisə edərək sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu ev 462-də qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi X5 küçəsində yaşayır. Yaşadığı küçədə evlərin nömrəsi yoxdur. 17 fevral 2025-ci ildə dostu ilə birlikdə Quzanlı qəsəbəsinə gəlmişdir. Polis əməkdaşları onları saxlatmışlar. Avtomobili idarə edən dostu polislə söhbət apararkən polis əməkdaşı onun çəkiliş etdiyini başa düşüb boynundan tutmuş, o isə epilepsiya xəstəsi olduğundan avtomobilin şüşəsinə təpik vurmuşdur. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və 44 X2 iştirakçısı olmaqla İİİ qrup əlil olduğunu qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Ağdam Rayon Polis X4 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 göstəmişdir ki, 17 fevral 2025-ci ildə saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt «Yol Hərəkəti haqqında» Qanunun tələbini pozan VAZ-2107 markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb sürücüdən sənəd istəmişdir. Həmin vaxt saxladılan avtomobildə olan sərnişin Şəxs polislə mübahisə etməyə başlamışdır. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Şəxs sakitləşdirmək istəmiş və hadisə yerinə çağırılmış post-patrul xidməti avtomobilinə əyləşdirmək üçün qolundan tutmuş, Əskər isə ayağı ilə polisin xidməti avtomobilinin qapısına və şüşəsinə vurmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin ifadəsi və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, 44 X2 iştrakçısı olmaqla 3-cü qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar