Məhkəmə qərarları › İş №3(013)-133/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-133/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-133/2025 03.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi 16 dekbar 1993-cü il tarixdə Cəlilabad rayonu Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəlilabad rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam rayon prokuroru, ədliyyə müşaviri, X2 xx.xx.2025-ci il tarixli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarı ilə vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Ağdam Rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərarın məzmununa görə vəzifəli şəxs Şəxs "xxxx" MMC ilə aralarında bağlanmış 01 sentyabr 2024-cü il tarixli 0109/04 nömrəli xidməti müqaviləyə əsasən xx.xx.2024-cü tarixdə saat 15:00 radələrində Ağdam rayon işğaldan azad olunmuş Xıdırlı kəndi ərazisində yeni inşa edilmiş emalatxananın damında qəlib, dəmir işlərini yerinə yetirərkən inşaat fəhləsi kimi işlərə cəlb edilmiş X1 qoruyucu kəmərlə təmin etmədən tikinti-quraşdırma işlərinin görülməsinə cəlb etmiş, işlərin aparldığı bir mərtəbəli emalatxana binasının yuxarı hissəsində yer səthindən 7-8 metr hündürlükdə yerləşən iş sahəsinin kənarlarının qoruyucu çəpərlə bağlanması təmin etmədiyinə görə "Tikinti norma qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları"nın 1..19, 1.20, 2.26 bəndlərinin tələbləri, habelə texniki təhlükəsizlik qaydaları pozulduğundan zərərçəkmiş Sərvər Əliyev hündürlükdən yerə yıxılaraq sağ qamış sümüyünün distal ucunun oynaq daxili yerdəyişmiş sınığı, körpücük sümüyünün sınığı, İV-V qabırğalarının sınığı, alının sol yarısında sol qaşüstü nahiyənin, alt çənənin sol yarısının, sol burun pəri üzərinin, sağ baldırın aşağı 1/3-nin yan səthinin, sağ baldırın aşağı 1/3-nin bayır səthinin çapıq toxumaları (əzilmiş-cırılmış yara izləri), sağ saidin yuxarı 1/3-nin arxa səthinin piqmentasiya sahəsi (sıyrıq izi) xəsarətlərləri ilə müşayət edilən dərəcəsinə görə ümumilikdə sağlamlığına az ağır zərər vurma xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ağdam Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında Ağdam Rayon Prokurorluğunun nümayəndəsinin iştirakını təmin etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram daxil olmuş və həmin teleqramda Şəxs xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə prosesini onun iştirakı olmadan baxılmasını və buna dair heç bir etirazının olmamasını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Ağdam Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında materialı və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 198.2-cü maddəsində görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində görə Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 192.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar