Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-147/2024 28.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Ağdam rayonunun Əliağalı kəndində qeydiyyatda olan, Ağdam rayonu Dördyol-1 qəsəbəsi ev 1306-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun xx.xx.2023-cü il tarixli qərarı ilə bir icraatda birləşdirilmiş Şəxs 1180 (bir min yüz səksən) manat alınaraq "xxxx" MMC-yə verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-1298/2020 saylı məhkəmə əmrinin, 10020 (on min iyirmi) manat alınaraq X1 verilməsinə dair Ağdam Rayon Notariat Ofisinin xx.xx.2020-ci il tarixli icra qeydinin, 917 (doqquz yüz on yeddi) manat 77 (yetmiş yeddi) qəpik alınaraq "xxxx" KB ASC-yə verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)- 2694/2021 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, 4008 (dörd min səkkiz) manat 76 (yetmiş altı) qəpik alınaraq X2 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-625/2023 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Şəxs müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, müəllim işlədiyi dövrdə borcundan ödəmiş, hazırda isə işləmədiyindən ödənişləri dayandırmışdır. İmkanı olmadığınndan qətnaməni icra etməmişdir. Borcunu hissə-hissə ödəməyə etiraz etmədiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu bildirmişdir ki, icra sənədlərinin icrası ilə əlaqədar olaraq Şəxs dəfələrlə şöbəyə çağırmış, lakin sonuncu çağırışa gəlməmişdir. Şəxs barəsində axtarış elan etmişdir. Azad sonradan şöbəyə gəlmiş və ona qanunun tələbləri, həmçinin icra sənədlərini icra etməyəcəyi halda daşıyacağı məsuliyyət izah olunmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayevin, zərər çəkmiş şəxsin izahatları və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2024-cü il saat 12:40-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-147/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-147/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver