Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-150/2025 05.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1975-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, X4 Dispanserinin baş həkimi işləyən, Ağdam şəhəri 81-ci məhəllədə qeydiyyatda olan, Ağdam rayonu Quzanlı 689 saylı qəsəbə ev 176-da yaşayan X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə A.C.Cəlallı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. A.C.Cəlallı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.C.Cəlallı məhkəmədə izahat verib göstərmişdir ki, X4 Dispanserinin baş həkimi işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Qarabağ regional şöbəsi tərəfindən o, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh verilərək 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati xəta barədə qərarının mövcudluğundan məhkəmədə barsində olan işə baxılan zaman, yəni xx.xx.2025-ci il tarixdə xəbəri olmuş və icra işindən sənədlərin surətini çıxarmışdır. Barəsində olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-35/2025 saylı inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra olunması üçün Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərildiyindən məhkəmədə olan işin icraatına xitam verilmişdir. Qanunsuz və əsssız protokoldan və qərardan xəbər tutan kimi məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Səlahiyyətli orqan eyni hal və maddə ilə onun işinə baxmış, sonradan isə həmin materialı baxılmaq üçün təkrarən məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN №1808587 saylı qərarının surətini xx.xx.2025-ci tarixdə almışdır. Mövcud qərarda qeyd edilir ki, güya ki, o, qanunvericiliklə müəyyən olunmuş qaydada heç bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta etməmişdir. Qərar tam olaraq əsassız yazılmışdır. Belə ki, o, üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Baş həkimi vəzifəsində işlədiyi Ağdam Rayon Ruhi Əsəb Dispanseri «Paşa Həyat Sığorta» Açıq Səhimdar Cəmiyyəti ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanması üçün dövlət büdcəsinidən müvafiq məbləğdə pul köçürülməli idi. Onun tərəfindən işçilərin adlı siyahısı tərtib edilib təqdim olunmuş, amma pul köçürülməsi olmamışdır. Sığorta pulunun gecikdirilməsi və nəticədə sığorta müqaviləsinin gec bağlanmasında heç bir günahı yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi MN №1808587 saylı qərarı xx.xx.2024-cü ildə tərtib edilmiş və elə həmin gün də Ağdam Rayon Ruhi Əsəb Dispanseri ilə «Paşa Həyat Sığorta» Açıq Səhimdar Cəmiyyəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü ildə özünün vəsaiti hesabına işçilərin sığorta edilməsi üçün 1205 manat ödəniş etmişdir. İnzibati xəta törətmədiyini qeyd etməklə şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının surətindən görünür ki, A.C.Cəlallı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(013)-35/2025 saylı qərarının surətindən görünür ki, A.C.Cəlallının barəsində fakt üzrə səlahiyyətli orqanın - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı olduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, A.C.Cəlallının şikayəti təmin edilərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilməli və A.C.Cəlallının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət müəyyən etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, A.C.Cəlallı «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması üçün onun baş həkim olduğu X4 Dispanseri ilə «Paşa Həyat Sığorta» Açıq Səhimdar Cəmiyyəti arasında müqavilə bağlanmış, lakin sığorta üçün yuxarı təşkilat tərəfindən ödəniş üçün vəsait ayrılmamışdır. A.C.Cəlallı xx.xx.2024-cü ildə özünün vəsaiti hesabına işçilərin sığorta edilməsi üçün icbari sığorta bürosunun hesabına 1205 manat pul köçürmüşdür. Bütü bunlarla yanaşı məhkəmə qeyd edir ki, səlahiyyəti orqan tərəfindən A.C.Cəlallının barəsində işə baxılarkən sonuncunun iclasa dəvət olunmasını, barəsində olan protokol və digər sənədlərlə tanış olmasını təsdiq etmək üçün məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 verdiyi şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-150/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-150/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver