Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-151/2024 04.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.2078-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yardımlı rayonunun Köryədi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 02 mart 2024-cü ildə saat 19 radələrində Ağdam rayonunun Mahrızlı kəndində X1 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmin vaxt sonuncunun xahişi ilə hadisə yerinə gələn Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onu intizama dəvət etmələrinə baxmayaraq, R.B.Novruzovun ünvanına və ünvansız nalayiq ifadələr işlətməsini davam edərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, iş yoldaşı Rafayıl Novruzova idarə etdiyi avtomobilin yük yerində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə adam keçirdiyinə görə iradını bildirmiş, lakin heç kimi söyməmiş və təhqir etməmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən R.B.Novruzov göstərmişdir ki, onunla birlikdə Ağdam şəhərində işləyən və Mahrızlı kəndində bir evdə yaşayan Şəxs 02 mart 2024-cü ildə saat 19 radələrində sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Tələb etməsinə baxmayaraq, Əyyar söyüşlərini davam etmişdir. Bu səbəbdən evə polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra Əyyar onun ünvanına söyüş əöyməsini davam etmişdir. Bu səbəbdən şikayətçi olduğunu qeyd etməklə Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X6 Bölməsinin polis nəfəri X2 göstərmişdir ki, 02 mart 2024-cü ildə saat 20 radələrində xidmətdə olduğu vaxt Rafayıl Novruzov onunla birlikdə yaşayan Şəxs onu nalayiq sözlərlə təhqir etdiyini bildirərək yaşadığı Ağdam rayonunun Mahrızlı kəndində yerləşən evə polis əməkdaşlarını çağırmışdır. Hadisə yerinə getdikdə Şəxs sərxoş vəziyyətdə həm Rafayılın ünvanına, həm də ünvansız söyüşlər söydüyünü görmüşlər. Əyyarı intizama dəvət etmələrinə baxmayaraq, sonuncu öz söyüşlərini davam etmişdir. Bu səbəbdən Əyyarı polis şöbəsinə gətirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin, şahidin məhkəmədə verdikləri izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2024-cü il tarixli 152 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü ildə saat 01:00-da azad edilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 02 mart 2024-cü il saat 22:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-151/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-151/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver