Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-153/2025 26.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağdam Rayon Polis Şöbəsinin sahə rəisi X1 iştirakı ilə, xx xxxx 1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonunu, Əfətli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs əvvələr qanunsuz olaraq narkotik vasitə olan HİC (marixuana) və OPJ (opuid) istehlak etmiş, xx.xx.2025-ci il tarixdə Ağdam rayonu ərazisində Ağdam RPŞ-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, X2 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs əvvələr qanunsuz olaraq narkotik vasitə olan HİC (marixuana) və OPJ (opuid) istehlak etmiş, xx.xx.2025-ci il tarixdə Ağdam rayonu ərazisində Ağdam RPŞ-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs Ağdam RPŞ-nə gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam RPŞ-nın polis nəfəri X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu ərazisində Ağdam RPŞ-nın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sonra Şəxs polis əməkdaşlarının köməyi ilə Ağdam RPŞ-yə gətirildi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam RPŞ-nın polis nəfəri X6 da izahatında şahid X3 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 26 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələr ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəşevir Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 199 saylı Tibbi müayinə protokolunadan görünür ki, Şəxs HİC (marixuana) və OPJ (opuid) narkotik maddələri aşkar edimişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. İş materiallartırda olan MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 fevral 2025-ci il saat 13:30-dan inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiya çərçivəsində onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-153/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-153/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver