Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-159/2025 12.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx.xx.1959-cu ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun İmamqulubəyli kəndində qeydiyyatda olan və yaşayan X4 Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ş.S.İbrahimov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, 26 fevral 2025-ci il tarixdə saat 15:03-də «QAZ 32214» yük markalı **-CD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etməsinə görə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. xx.xx.2024-cü il tarixli sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququm var və həmin sürücülük vəsiqəsinin müddəti xx.xx.2026-ci il ilədək qüvvədir. xx.xx.2024-cü il tarixldə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində «QAZ 32214» yük markalı ** CD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi onun arvadı X2 mülkiyyətindədir. 26 fevral 2025-ci ildə saat 15:03-də «QAZ 32214» yük markalı **-CD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edərkən arvadı X3 onun yanında olmuş və buna şahidlik edə bilər. Bu səbəbdən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Ş.S.İbrahimov şikayətini müdafiə edərək göstərmişdir ki, cəriməni ödəmək üçün maddi imkanı yoxdur. Onun «C» kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru S.F.Süleymanov göstərmişdir ki, Şakir İbrahimovun BC 271127 nömrəli «C1», «C» kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin kateqoriya sürücülük vəsiqəsi ilə Şakir maksimum kütləsi 3500 kq olan «QAZ 32214» yük markalı **-CD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmişdir. Lakin «QAZ 32214» yük markalı nəqliyyat vasitəsi «B» kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs tərəfindən idarə oluna bilər. Şakir İbrahimovun «B» kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Ş.S.İbrahimovnun şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilməsinə dair X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, Ş.S.İbrahimov xx.xx.2025-ci ildə saat 15 radələrində «QAZ 32214» yük markalı **-CD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət və iki yüz manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Ş.S.İbrahimovun BC 271127 nömrəli «C1», «C» kateqoriyalı sürücülük vəsiqəsi var. Həmin kateqoriya sürücülük vəsiqəsi ilə Ş.S.İbrahimov maksimum kütləsi 3500 kq olan «QAZ 32214» yük markalı **-CD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmişdir. Lakin «QAZ 32214» yük markalı nəqliyyat vasitəsi «B» kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs tərəfindən idarə oluna bilər. Lakin Ş.S.İbrahimov sözügedən nəqliyyat vasitəsini «B» kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X4 Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından (protokolundan) verdiyi şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Ağdam Rayon Polis X9 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı (protokolu) dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-159/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-159/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver